Home / Türk Dünyası / “Türkiyənin milli döyüş təyyarəsi TF-X 2023-cü ildə uçuş üçün hazır olacaq”
59dcae8451a39

“Türkiyənin milli döyüş təyyarəsi TF-X 2023-cü ildə uçuş üçün hazır olacaq”

Milli Müdafiə naziri Nurəddin Canikli milli döyüş təyyarəsi TF-X-in 2023-cü ildə uçuşa hazır olmasının hədəf götürüldüyünü bildirib.

 

“Türkiyənin milli döyüş təyyarəsi TF-X 2023-cü ildə uçuş üçün hazır olacaq”

Ato.az-ın TRT xəbər agentliyinə stinadən verdiyi xəbərə görə Türkiyə  Milli Müdafiə naziri Nurəddin Canikli milli döyüş təyyarəsi TF-X-in 2023-cü ildə uçuşa hazır olmasının hədəf götürüldüyünü bildirib.

Canikli Baş nazir Binəli Yıldırımın Londonda keçirdiyi görüşlərinə müşayiət edən zaman Londonda jurnalistlərin suallarına cavab verib. O deyib ki, Milli döyüş təyyarəsi TF-X Türkiyə üçün önəmli layihədir. Mümkün olan ən qısa müddətdə bütün addımlar atılacaq. Dəqiq tarix vermək bəlkə düzgün olmaz amma indiki hədəf təyyarəni 2023-cü ildə uçuş üçün hazır etməkdir.

Layihənin əsas olaraq Türkiyənin ehtiyacı kimi ortaya çıxdığını ifadə edən Canikli deyib ki, müxtəlif ölkələrdən texnologiya köçürülməsi mənasında dəstək alındı, İngiltərə də bu çərçivədə layihəyə daxil oldu.

S-400 raket sisteminin də Türkiyəyə 2019-cu ildə gələcəyini bildirən nazir bildirib ki, problem yoxdur. Cənab Dövlət başçımız da bu işin sona çatdığını söylədi. İstifadə ilə bağlı nəzarət ölkəmizdə olacaq. Dost və düşmən tanıma sistemi də dəyişəcək. Buna görə NATO ünsürləri üçün hərhansı təhdid yoxdur. NATO ilə inteqrasiya deyil, amma təhdid təşkil etmir.

Ato.az

Z.Göytürk

About ato.az

Check Also

Tarihi ve doğal güzellikleri ile dikkat çeken Bartın'ın Amasra ilçesinin 9 günlük Kurban Bayramı tatili süresince yaklaşık 300 bine yakın ziyaretçi ağırlaması bekleniyor.  ( Faik Erez - Anadolu Ajansı )

Türkiyənin Qara dəniz bölgəsində yerləşən, 5 min illik tarixi olan Amasra qəsəbəsindən kadrlar

Share this on WhatsAppATO.AZ TƏQDİM EDİR: ATO.AZ Z.Göytürk Share this on WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *