Home / Türk Dünyası / “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı Azərbaycanın qlobal miqyasda önəmini bir daha təsdiq etdi
1512207881_azer-hesret

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı Azərbaycanın qlobal miqyasda önəmini bir daha təsdiq etdi

Ato.az xəbəri təqdim edir;
Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı Azərbaycanın qlobal miqyasda önəmini bir daha təsdiq etdi. Asiyanın aparıcı ölkələrinin iştirak etdiyi bu tədbir, həmçinin qlobal güclərin Prosesə maraq göstərmələri baxımından önəmlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Azər Həsrət qeyd edib ki, tədbirdə Azərbaycanın Əfqanıstanda və digər yerlərdə sülhyaratma proseslərində yaxından iştirak etməsi, Əfqanıstanda normal həyatın bərpası istiqamətində ölkəmizin gördüyü işlər yüksək qiymətləndirildi.
Əfqanıstan Prezidenti çıxışında Azərbaycanın köməyini xüsusi vurğuladı. Diqqət çəkən daha bir maraqlı məqam NATO qüvvələri tərkibində Əfqanıstanda xidmət edən sülhyaratma güclərinin bir hissəsinin də azərbaycanlılardan ibarət olmasıdır. Əfqanıstandan olan nümayəndələrin azərbaycanlıların orada iştirakını məmnunluqla vurğulaması xüsusi qeyd edilməlidir.
Siyasi şərhçi qeyd edib ki, bütün bu məsələlərin, bütövlükdə regionumuzla bağlı sülhyaratma proseslərinin, humanitar proseslərin ayrıca vurğulanması, iştirakçıların Azərbaycanın bu proseslərdəki üstün rolunu xüsusi qeyd etmələri, əlbəttə, Azərbaycan Prezidentinin uğurlu strateji xəttinin, xüsusən də qlobal səviyyədə gördüyümüz işlərin təqdirlə qarşılandığını bir daha təsdiqləyir. Dünənki tədbirdə bunun bir daha şahidi olduq
.
ATO.AZ
Z.G

About ato.az

Check Also

Tarihi ve doğal güzellikleri ile dikkat çeken Bartın'ın Amasra ilçesinin 9 günlük Kurban Bayramı tatili süresince yaklaşık 300 bine yakın ziyaretçi ağırlaması bekleniyor.  ( Faik Erez - Anadolu Ajansı )

Türkiyənin Qara dəniz bölgəsində yerləşən, 5 min illik tarixi olan Amasra qəsəbəsindən kadrlar

Share this on WhatsAppATO.AZ TƏQDİM EDİR: ATO.AZ Z.Göytürk Share this on WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *