Home / Bilirsinizmi? / Elçibəyin ən çox sevdiyi uşaqlıq oylağı – Xəlil düzü: Anam deyərdi ki, onunla işiniz olmasın”
156420

Elçibəyin ən çox sevdiyi uşaqlıq oylağı – Xəlil düzü: Anam deyərdi ki, onunla işiniz olmasın”

Əbülfəz Elçibəyin (Azərbaycanın ikinci prezidenti) maraqlı tərəflərindən biri də onun təbiətə, kəndə, torpağa bağlılığı olub.
Ato.az  xəbər verir ki, Ordubadın Kələki kəndində dünyaya göz açan Elçibəyin uşaqlığı dağlar döşündə, sərin yaylaqlarda keçib. Amma ona torpağı, dağı, təbiəti sevdirən əsas məkan isə Xəlil düzü yaylağı olub.
Deyilənlərə görə, o, elə Xəlil düzündə dünyaya göz açıb. O zaman yay çağı kəndilələr yaylağa qalxarmışlar. Belə köçlərdən bir neçə ay sonra -iyunda o, yaylaqla anadan olub. Maraqlı məqam budur ki, ömrünün sonunu Kələkidə keçirən eks-prezident xəstə çağlarında tez-tez Xəlil düzünə baş çəkərmiş. Ən çox sevdiyi qonaqlarla elə Xəlil düzünə gedərmiş:
Elçibəyin mərhum qardaşı Almurad Əliyev onun uşaqlığı və dogma yurd sevgisi haqqında bir zamanlar bu sətirlərin müəllifinə bunları demişdi:
“Uşaq vaxtı çox zaman Xəlil düzündə-yaylaqda olardıq. Əbülfəz Elçibəy də yaylaqda anadan olmuşdu. 2-3 yaşı olanda hamı onu çox istəyirdi. Xırda işlər görürdü. Bir az böyüyəndən sonra bizə lap çox kömək etməyə başladı. Məktəbə getməyən vaxtlarında istəyirdi ki, kömək üçün harasa gedib bir iş görsün. Anam deyirdi ki, onunla işin olmasın, qoy getsin. Yəni o vaxtdan çox fəal olub. Sonra məktəbə getdi. Dərslərini çox yaxşı oxuyurdu. Elə uşaq vaxtlarından kənddə nə qədər çətin iş var idisə, hamısını özü görməyə çalışırdı. Çox zəhmətkeş adam idi”.
Sonra məktəbə getdi. Dərslərini çox yaxşı oxuyurdu. Ordubadda dayımgildə qalırdı və orada da məktəbi bitirdi. Heç xəbərimiz də olmayıb, özü öz gücü ilə universitetə qəbul olundu. Qəti üsyankar deyildi. Dava salmaqla arası yox idi. Əksinə, iki nəfəri dava edən görəndə birinci o qaçıb ayırardı”.
Universitetdə oxuyanda rəhmətlik dayım qoymazdı ki, ona çox pul yollayaq. O vaxt mən işləyirdim. İstəyirdim ki, onun üçün tez-tez pul yollayım. Amma dayım qoymazdı.
Deyərdi ki, qoy çətinliklərə öyrəşsin. Mən yaxşı qazanırdım. Dayım həm də mənim pul yollamağımı ona görə istəmirdi ki, birdən Əbülfəz başqa yerlərə gedər, ayrı işlərlə məşğul olar. Deyirdi ki, çox pul yollamayın, ancaq diqqətini dərslərinə versin”.
 
Qardaşı sağlığında  mətbuata açıqlamasında Elçibəy haqqında-daha doğrusu, onun uşaqlığı barəsində-daha bir maraqlı xatirəni danışıb:
“Bir dəfə qohumlarımızdan biri Əbülfəz Elçibəyi restorana aparıb. Dayım eşidəndə çox əsəbiləşmişdi. Onun başına oyun açdı. Elə bu minvalla da dərslərini çox yaxşı oxudu və universiteti əla qiymətlərlə bitirdi.
Sonra xaricə getdi. Oradan qayıdanda hamımız üçün nəsə gətirmişdi.
Hərdən görürdün ki, bizə maddi yarım etmək istəyir. Amma burada işləyəndə nə alırdı ki?! Hərdən mən də ona kömək edirdim. Amma özü-öz başını saxlayırdı. Biz qoymazdıq ki, bizə nəsə kömək etsin. Onda pul haradan idi?..”
Terane.

About ato.az

Check Also

o ses turkiye

“O Səs Türkiyə”nin münsifləri Azərbaycan mahnısına heyran oldular – VİDEO

Share this on WhatsApp“O Səs Türkiyə” musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *