Home / Bilirsinizmi? / Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? – VİDEO
156550

Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinskinin məqaləsi yaradılıb.
4 aprel 1874-cü il tarixində anadan olan İrza bəy Hacıbəylinski Birinci Dünya müharibəsində Vəhşi Diviziya kimi tanınan, Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb. Eləcə də general Nuru Paşa ilə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub. Polkovnik Hacıbəylinskinin həm də 1918-1920-ci illərdə Milli Ordunun formalaşmasında müstəsna rolu olub. Qarayazı süvari polkuna komandirlik edərək, daha sonra Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski də bolşevik represiyassına məruz qalan qurbanlarımızdan biri olub.
QEYD: Bu günlərdə “Vikipediya” təliminin iştirakçısı tərəfindən onlarla azərbaycanlının,eyni zamanda İrza bəy Hacıbəylinskinin xidmət etdiyi Tatar Süvari Alayı haqqında “İngiliscə Vikipediya”da məqalə yaradılıb.

About ato.az

Check Also

o ses turkiye

“O Səs Türkiyə”nin münsifləri Azərbaycan mahnısına heyran oldular – VİDEO

Share this on WhatsApp“O Səs Türkiyə” musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *