Home / Bilirsinizmi? / “Facebook” istifadəçiləri, DİQQƏT!
861f421e-0f3d-4340-8198-fe10f6bc49b1

“Facebook” istifadəçiləri, DİQQƏT!

– Erməni kəşfiyyatçıları hərbi sirləri öyrənmək üçün sizdən belə istifadə edir
“Son günlər düşmən daha bir hiyləyə əl atıb. Bu hiylə bir çox hərbçilərin qəlbində ana adlı məxluqa yaxın olduğu üçün daha tez tora düşürlər”.
Bu barədə hərbçi ekspert Abuzər Abilov məlumat verib. O bildirib ki, ermənilər saxta profillər vasitəsilə öz mənfur niyyətlərini həyata keçirməyə çalırlar.
“Saxta profildən “Əsgər anası” adı altında ordu və silahlı qüvvələrlə sıx əlaqədə olan, qardaşı, dostu, yaxını xidmətdə olan, ehtiyatda olan və aktiv zabitlərə “Salam əziz hərbçi qardaşım,mənim oğlum da filan bölgədə ,filan hər bi hissədə xidmət edir. Mənə zəng vurub ki , orda onu incidirlər. Hissə komandirinin yanına gedəcəm. Adı və hərbi hissənin yerini isə bilmirəm. Mənə kömək edin” kimi və ya “stariklər onu döyüb, belə şeylər niyə bizim orduda var?” və s. kimi inbox mesajları göndərirlər”.
Ekspert hər kəsi diqqətli olmağa və belə hiylələrə aldanmamağa çağırıb.
“Ayıq olun . Belə insanlara inanıb HH-lərin yerini, komanda heyətinin ad, soyad və rütbəsini, öz mülahizələrinizə görə doğru olmayan informasiyanş tanımadığınız insanla bölüşməyin. Ən azından onu görüşə çağırın. Əgər real insandırsa, gələcək. Bir sıra guya “hərbi işin həvəslisi ” kimi özünü təqdim edən userlərvar ki, onların da sualları çox şübhəlidir, məsələn, “Xızıda deyirlər ordunun arsenalının çox hissəsi partlayıb, siz necə düşünürsünüz?”, yaxud “o alınan texnikanı hansı hissədə saxlayırlar?” kimi suallara ciddi yanaşın. Heç zaman tanımadığınız insanlarla ölkənin hərbi potensialı, HH-lər, Komanda heyəti, dislokasiya, yerləşmə, səmtləşmə, HH-lərin nömrələnməsi, ŞH təyinatı, texnikası və s. kimi məlumatlar bölüşməyin. Bu məlumatları bilirsinizsə və onu qorumursunuzsa, anlayın bu hansısa bir zabit və əsgərimizin həyatı bahasına başa gələ bilər”

About ato.az

Check Also

o ses turkiye

“O Səs Türkiyə”nin münsifləri Azərbaycan mahnısına heyran oldular – VİDEO

Share this on WhatsApp“O Səs Türkiyə” musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *