Home / Dahilər / 25 il bundan əvvəl bir söz demişəm. İndi də deyirəm…
image-61

25 il bundan əvvəl bir söz demişəm. İndi də deyirəm…

Dünyada yeganə millətik, müəllimlərə pul veririk ki, bizi öyrətməsin. Xahiş edirəm, al bu pulu, uşağa beş yaz, qoy, axmaq qalsın. Öyrətmə. Ermənilər də pul verir, ingilislər də, ruslar da. Amma onlar pul verirlər ki, müəllim daha yaxşı öyrətsin. Mən uşaqlar tanıyıram ki, beş il universitetə getməyib. Pul göndəriblər. 50-60-cı illərdə rektorlar ciblərindən pul verirdilər ki, uşaqlar oxusun. İndi bəziləri fikirləşirlər ki, necə pulları yığaq? Bir vaxtlar müəllim ən hörmətli söz olub. Kənddə ən hörmətli söz müəllimlərin olardı. İndi gülməlidir. Müəllim sözünü lağ-lağaya qoyurlar. O vaxt şagirddən “rüşvətdi” deyib gül almayan müəllim, bu gün siyahı tutub şagirdlərdən pul yığır. Bilirsiniz nəyə görə belə olub? Çünki Allahsız yaşayırıq. Heç nə qalmayıb. Nə vicdan, nə ləyaqət, nə Allah. Əgər heç nə yoxdursa, onda hər şey eləmək olar. 17-ci ildə SSRİ-də inqilab olanda bizə elan elədilər ki, Allah yoxdur. 70 il cəmiyyət Allahsız yaşadı. Düzdü, ədəbiyyat vardı, namus, qeyrət vardı. Özünü nalayiq aparmazdılar. Utanardılar. 91-də SSRİ dağılandan sonra bizə dedilər ki, Allah da yoxdu, vicdan da. Biz başladıq Allahsız, vicdansız yaşamağa. Son 10 ildə də bizə deyirlər ki, ləyaqət kimə lazımdı? Əsas puldu. Pul oldu, hər şey olacaq. Pul yoxdu, sən heç kəssən. Biz indi belə yaşayırıq.
Çingiz Abdullayev

TürkünÖzü

About ato.az

Check Also

156420

Elçibəyin ən çox sevdiyi uşaqlıq oylağı – Xəlil düzü: Anam deyərdi ki, onunla işiniz olmasın”

Share this on WhatsAppƏbülfəz Elçibəyin (Azərbaycanın ikinci prezidenti) maraqlı tərəflərindən biri də onun təbiətə, kəndə, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *