Home / Bilirsinizmi? / Azərbaycanlı gənc “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb
image-2

Azərbaycanlı gənc “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb

Azərbaycanlı gənc Ramil Nəcəfov “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb.
ATO.AZ xəbər verir ki,bu barədə AZƏRTAC-a məlumat verən istedadlı gənc dizayner bildirib ki, “Qarabağ” adlı 4×4 modelini Avropa dizayn məktəbinə məxsus, İtaliyanın Avtomobil dizayn mərkəzinə (Car Design Schools) göndərməyi düşünür: “Məqsədim “Qarabağ” modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq”.
Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, “Azerant”, “Azerant Buta” avtomobillərinin və “Xəz-747” bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.
Onun ən böyük arzusu bu sahədə təhsilini və təcrübəsini daha da artırmaqdır.

image-1

TürkünÖzü

About ato.az

Check Also

-5300

İnsan 5300 il əvvəl nə yeyirdi? – Alimlərdən MARAQLI TƏDQİQAT

Share this on WhatsAppİtaliyanın “Eurac Research” tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *