Home / Bilirsinizmi? / “Rossiya 24” Azərbaycanın dağ-xizək kurortlarından süjet hazırladı – VİDEO
14508469892670614602_554x360

“Rossiya 24” Azərbaycanın dağ-xizək kurortlarından süjet hazırladı – VİDEO

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın Qəbələ şəhərində yerləşən dağ-xizək kurortları barədə süjet yayımlanıb.

Ato.az AzVision.az-a istinadən xəbər verir ki, sujetdə Azərbaycanda dağ-xizək mövsümünün açıldığı qeyd olunub.

Bildirilib ki, Azərbaycanda turistlərə yalnız qar trasları deyil, həmçinin yerli ekzotika təklif olunur: Sujetdə müalicəvi neftlə yuyunmaq, qarpız və qozdan hazırlanan mürəbbələrdən söz açılıb.

Telekanalın hazırladığı sujetdə Azərbaycan dağ-xizək komplekslərində qiymətlərin Avropdan dəfələrlə ucuz olması xüsusilə vurğulanıb:

“Ən çox turist BƏƏ, İran, Gürcüstan və Rusiyadan gəlir. Burada növbələr olmur, insanlar bir-birilərini itələmirlər. Lakin bu, kurortun populyar olmaması anlamına gəlmir. Ötən il Yeni il tətilində burada 20 min turist olub ki, bu da şəhərin ümumi əhalisindən iki dəfə çoxdur. Bu il isə şəhərdə daha çox qonağın olacağı gözlənilir. Hazırda şəhərdə Yeni il yarmarkasına hazırlıq işləri aparılır”.

Terane.

About ato.az

Check Also

ermeni_0236

Dağlıq Qarabağda erməni hərbçiyə işgəncə verilib

Share this on WhatsApp Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *