Home / İdman / Bir günə məşhurlaşan ağdamlı müəllim – VİDEO + FOTO
1

Bir günə məşhurlaşan ağdamlı müəllim – VİDEO + FOTO

Azərbaycanlı müəllim və şagirdin sinif otağındakı ifası qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub. Kimisi onları iki şagird zənn edib, kimisi isə müəllimin səsini korifey sənətkarımız Səxavət Məmmədova bənzədib.

Ato.az Qafqazinfoya istinadən xəbər verir ki, video Müşfiqabad qəsəbəsində yerləşən Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində çəkilib.

Videonu internetdə yerləşdirən isə məktəbin səs sinfi üzrə müəllimi Habil Məmmədovdur. 6 ildir ki, bu məktəbdə uşaqlara musiqi dərsi keçən müəllimin əsas məqsədi şagirdi Kamal Mustafayevin səsini daha çox insana eşitdirmək, məktəbdə necə istedadlı uşaqların dərs aldığını göstərmək olub. Ancaq videonu internetə yükləyən zaman heç müəllimin özü də bu qədər reaksiya doğuracağını təxmin etməyib: “Şagirdlərimin istedadına bələdəm. Fikirləşdim ki, ətrafımdakı şəxslər də necə istedadlı uşaqların olduğunu görsün, Kamalı dinləsinlər. Ancaq videonun bu qədər tez bir zamanda yayılacağını, məşhurlaşacağını gözləmirdim. Sadəcə, Kamal yox, sinfimizdə xeyli istedadlı şagird var. Gələcəkdə onların istedadının itib-batmasını istəmirəm”.

About ato.az

Check Also

W1siZiIsIjIwMTgvMDgvMDgvMTAvNTIvMjIvZTcwNzMzYWItYTA5Yi00ZmNmLTlhN2ItNGUzNjY0MzY2YWQwL2lzbWF5aWwuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0

Güləşçimiz erməni idmançıya belə qalib gəldi – VİDEO

Share this on WhatsApp Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada 74 kq çəki dərəcəsində mübarizə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *