Home / Bilirsinizmi? / Bu sərhəd əraziləri Ermənistandan alındı – İrəvan ŞOKDA
d_(1)

Bu sərhəd əraziləri Ermənistandan alındı – İrəvan ŞOKDA

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb.

Ato.az xəbər verir ki, bu məsələdə Ermənistanda qalmaqala səbəb olub.

Ermənistan mediası bu hadisəni “İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan kağız üzərində suveren dövlətdir: “Lakin Rusiya hərbiçiləri Ermənistana öz sərhədində təmir işləri aparmağa icazə vermir. Güman ki, İranla sərhədin mühafizəsi haqqında Rusiya-Ermənistan müqaviləsində rus hərbiçilərinə bu səlahiyyətlər verilib. Vaxtilə Ermənistanın sərhədlərin mühafizəsini ruslara verməsi anlayışla qarşılana bilər. Lakin bu gün niyə müqavilədən imtina edilmir? Ölkənin öz sərhədlərini mühafizə etməyə resursları çatmır, yoxsa Rusiya Ermənistanın İranla sərhədi üzərində nəzarəti itirməyi istəmir? Hər iki variant istisna deyil”.

Erməni şərhçi əlavə edir ki, indiyə qədər Rusiyanın Ermənistanın öz sərhədləri daxilində hərəkət etməyini məhdudlaşdıran addımları olub.

“Bu da növbəti hallardan biridir. Əslində bu İranla sərhədin Rusiya tərəfindən alınmasıdır. Yəni Ermənistan bu əraziləri faktiki itirib. Ermənistan hökuməti bu məsələ ilə bağlı dəqiq izahlar verməlidir”, – deyə o bildirib.

Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *