Home / İdman / İran mediası üzgüçümüzdən yazır
image-50

İran mediası üzgüçümüzdən yazır

Sumqayıtlı idmançı 4 qızıl və 2 gümüş medal qazandı:
İranın Təbriz şəhərində üzgüçülük üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə müxtəlif ölkələrdən 150-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Ermənistan və Suriyadan olan 8 komanda yarışıb.Yarışda Ermənistanın və İranın ən güclü idmançılarının iştirak etməsinə baxmayaraq Azərbaycan üzgüçüləri rəqiblərinə göz açmağa imkan verməyiblər.
Ölkəmizi təmsil edən Sumqayıt 1 saylı Uşaq Gənclər İdman və Şahmat Məktəbinin yetirməsi İlahə Rəciyeva mübarizliyi ilə diqqət şəkib. Belə ki, o beynəlxalq turnirdə üzgüçülüyün müxtəlif növləri üzrə bütün rəqiblərini qabaqlayaraq 4 qızıl medalı öz aktivinə yazıb. Bununla yanaşı, İ.Rəciyeva turnirdə 2 gümüş medal qazanmağı da bacarıb.
Üzgüçülük idman növü üzrə milli komandamızın məşqçisi, Sumqayıt şəhərinin baş məşqçisi Faiq Əsgərov təəssüratlarını “Yenisumqayit.az”la bölüşüb: “İran tərəfi bu yarışa yüksək səviyyədə hazırlaşmışdı. 30 ildən sonra üzgüçülük üzrə birinci beynəlxalq yarışını keçirirdi. Suriya, İraq, ermənistan, Azərbaycan və özünün 4 şəhərinin ən yaxşılarını dəvət etmişdi. Həm ermənistan, həm İran üzgüçüləri kifayət qədər təcrübəli və birinciliyə iddialı idilər. Ancaq bizim daxilimizdə olan vətənpərvərlik hissi daha güclü olduğundan rəqibləri özümüzdən irəli buraxmadıq. Sözsüz Azərbaycanın bayrağının ermənistan bayrağından yüksək olması hər Azərbaycanlı kimi bizi də çox sevindirir. Şükürlər olsun bu sevinci bu yarışda yaşadıq.”

TürkünÖzü

About ato.az

Check Also

1514786708_1

Düşmən sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub

Share this on WhatsAppErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 135 …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *