Home / Bilirsinizmi? / Erməni fars dostluğu genişlənir
image-72

Erməni fars dostluğu genişlənir

Ermənistan – İran “Meghri” azad iqtisadi zonasının açılışı, 15 dekabr, 2017
Ermənistanla İran “Meghri” azad iqtisadi zonası yaradıblar.
Ermənistan ərazisində yaradılmış bu zonanın açılış mərasiminə qatılan baş nazir Karen Karapetyan deyib ki, bu, biznesin inkişafına güclü təkan verəcək.
Onun sözlərinə görə, bu zona İran işadamlarına imkan verəcək ki, burada biznes qursunlar və istehsal etdikləri malları rahat şəkildə Avropaya və Asiya ölkələrinə ixrac etsinlər.
Baş nazir deyib ki, burada mal istehsal edib İrana daşımaq üçün də gözəl imkanlar mövcuddur.
Bu ilin 9 ayı ərzində İranla Ermənistanın ticarət dövriyyəsi 211 milyon dollar təşkil edib.
Bu iqtisadi zonada iş quranlar gəlir vergisi, ƏDV, aksiz vergiləri və gömrük rüsumlarından azad ediləcəklər. Yalnız mənfəət vergisi verəcəklər.
Onların buraya 150 milyon dollaracan sərmayə qoyacaqları gözlənir.

TürkünÖzü

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *