Home / Hadisə / AZERBAYCANIN UZ QARASI -Xain Əlikram Hümbətov dünya ermənilərinə müraciət etdi
image-13

AZERBAYCANIN UZ QARASI -Xain Əlikram Hümbətov dünya ermənilərinə müraciət etdi

“Yaşasın böyük Ermənistan!”
Məşhur satqın, Azərbaycan müstəqilliyinin, milli dövlətçiliyimizin düşməni, talış separatçılarının lideri, erməniləri nə vaxtsa qardaş adlandıran Əlikram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib.
Ato.Az xəbər verir ki, siyasi meyit və özünü lideri adlandırdığı talışlar tərəfindən rədd edilmiş, Əlikram Hümbətov ermənilərə müraciətində qondarma “soyqırım” ilə əlaqədar başsağlığı verib.
“Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!”, – Hümbətov yazır.
O əlbəttə ki, ermənilər tərəfindən Xocalıda qətlə yetirilmiş azərbaycanlılar və Qarabağda öldürülən talışları unudur.
“Ermənilər xalq kimi dünyaya müxtəlif elm, siyasət və mədəniyyət sahələrində bir çox dahi insanları bəxş ediblər”, – xain yaltaqlanmağa davam edir.
“Bir milyondan çox erməninin osmanlı pantürkistləri tərəfindən qətlə yetirilməsi erməni xalqını yer üzündən silə bilmədi. Və bu gün biz demokratik dövlət olan – Ermənistan respublikasını görürük. Şeytanlar böyük erməni xalqına qalib gələ bilmədilər!”, – Hümbətov davam edir.
Daha sonra satqın Hümbətovun təxəyyülü tüğyan etməyə başlayır:
“Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycan Respublikasında bizim ilə də belə davranıblar! Bizim minlərlə sadiq oğullarımız Azərbaycan MTN divarları arasında işgəncələrlə məhv edilib! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!”, – necə də …
Sən demə milliyyətcə talış olan tanışlarımız arasında həkim, deputat, hərbçi, dövlət qulluqçusu olanların hamısı qul imiş…
Belə cəfəngiyyat yazmaq üçün, hansı narkotiki qəbul etmək lazım olduğunu təsəvvür etmək çətindir? Axı Hümbətov bilməlidir ki, bu müraciətə görə ona lənət yağdıran birinci elə, özünü lideri saydığı talışlar olacaq…
“Allah erməni xalqına səbir versin! Qoy bizim erməni-talış dostluğumuzun təntənəsini qeyd edəcəyimiz gün gəlib çatsın. Talış xalqı bu gün sizinlədir, bizim qardaş erməni xalqımız! Yaşasın erməni-talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan!”, – satqın Əlikram Hümbətov bağırır…
Bax bu lap ağ oldu… Ermənilərin əlindən pul alan, onlara ruhunu və yəqin ki, bədənini də satan siz istədiyinizi edə bilərsiniz , erməni çəkmələrini yalamağa davam edin – bu sizin satqın həyatınızdır, siz onu istədiyiniz kimi yaşamaqda azadsınız.
Amma talış xalqı adından danışmağa cürət etməyin! Ermənilər sizin qardaşınız ola bilər, amma talış xalqı üçün erməni Qarabağda müharibə zamanı azərbaycanlıları qəddarcasına öldürən işğalçıdır, Ermənistan Azərbaycan torpaqlarına göz dikmiş, işğal etmiş düşmən dövlətdir!
Hər belə müraciətlə siz satqın Hümbətov, digər satqın Fəxrəddin Aboszoda, Kahin Abilov – bir daha insanın nə qədər alçalacağını göstərirsiniz (əslində satqını insan adlandırmaq çətindir)!
Siz dünyada ilk və yəqin ki, son xainlər deyilsiniz, amma əminliklə demək olar ki, hələ heç kəs bu qədər alçalmamışdı… Niyə dayanmısız? Axı siz öz simanızı necə saxlamalı olduğunuzu bilirsiniz… Ləyaqətdən xəbərsizsiniz, satqının ləyaqəti ola bilməz. Öz millətini, öz dövlətini satana nə dost, nə də düşmən hörmət edəcək… Bütün talışlar üçün bunu edin, tətiyə basın… Talış xalqının canını özünüzdən qurtarın. Bəlkə onda özünüzə qarşı bir damla hörmət qaytararsınız

TürkünÖzü

About ato.az

Check Also

binali_yildirim__121016

Binəli Yıldırım Naxçıvana gəlir – Səbəb

Share this on WhatsApp Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvana gedir. Apa-nın məlumata görə, səfərin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *