Home / Acun ( Dünya ) / “Böyük Ermənistan xülyası”
yerevan_170612_2

“Böyük Ermənistan xülyası”

Hər bir ölkə zamanında aparılan məkrli siyasət və haqsız müharibələr nəticəsində itirdiyi ərazilərini qaytarmaq arzusundadır. Lakin Ermənistanla qonşuluq edən ölkələrin itirdiyi torpaqları qaytarmaq arzusundan əlavə, daha çox torpaq itirməmək arzusu da var. Çünki onların iştahalarının və iddialarının həddi-hüdudu yoxdur.
Erməniləri xarakterizə edən xüsusiyyətlərdən biri də nankorluq, qədirbilməzlik və yaltaqlıqdır. Onlar bütün dünyaya yayılıblar. Ermənilərin davranış və xasiyyətindən razı olan hansısa bir vətəndaşı görmək mümkün deyil. Ermənilər öz qədirbilməzlik və nankorluqlarını onlara sığınacaq və daldalanacaq verən, dəstək olan gürcülərə qarşı da göstərirlər. Gürcülərin ermənilərə göstərdiyi hörmətə, verdiyi dəstəyə əvəz olaraq onlar gürcülərə tez-tez xəyanət və satqınlıq edirlər. Gürcü ictimai xadimi Platon İoseliani “XIII Georginin həyatı” adlı kitabında çar Georginin ermənilər haqqında dediyi sözləri sitat gətirir:

“Vətənini və başqalarını asanlıqla satan erməni çarı, çarlığı qəpik-quruşa sata bilər. Ermənilərin nə burada, nə də digər ölkələrdə nəyəsə ürəyi yanır. Onların nə dədə-baba evləri, nə qalaları, nə də əcdadlarının xəncəri qalıb. Bu gün də ölkələrində yaşadıqları millətləri – farsları və türkləri aldadırlar (Şah Abbas 1603-cü ildə 350 min ermənini İrana köçürdü). Erməniləri istənilən vaxt pulla vətən xaini kimi satın almaq mümkündür, bu, onların təbiətidir. Onların toxumu, dilləri, əxlaqı, xasiyyətləri və əcnəbilərlə qohumluqları mənim vətənim üçün çox zərərlidir. Onlar yalnız alverçi kimi işə yarayırlar. Yaxınlığımızda olduqları zaman çox təhlükəlidirlər və onlarla ehtiyatlı olmaq lazımdır. Onlar harada olsalar da, osmanlılara və qızılbaşlara yaltaqlıq edir, satqınlıqla özlərini onlara dost kimi göstərirlər”.

Zamanında özlərini Osmanlı imperatorluğuna dost kimi göstərmələrinə baxmayaraq, türkləri arxadan vurmaqları, sonralar isə Qafqazda azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə törətdikləri fitnə-fəsad və qanlı cinayətlər artıq hər kəsə məlumdur.

Bu barədə Türk Tarix Qurumunun keçmiş sədri Yusuf Halaçoğlu belə deyib: “Dünya qondarma “erməni soyqırımı”ndan danışarkən, ermənilərin qətlə yetirdikləri 518 min 301 türkün adını belə çəkmir. Minlərlə uşaq samanlıqlarda, məscidlərdə yandırıldı. Papa və Qərb nə üçün qətlə yetirilən türklərdən danışmır?”.

Onun sözlərinə görə, 1922-ci ilin statistikasında dünyada ümumilikdə 3 milyon 4 min erməninin olduğu qeyd olunub: “Bunların da cəmi 624 mini Türkiyədə yaşayırdı. Necə olur ki, 1,5 milyon erməninin öldürüldüyü deyilir? Ermənilər Osmanlı torpaqlarını işğal edən fransızlarla işbirliyində idi”.

Erməni separatçılarının bacardıqları dövlətlərə qarşı yürütdükləri ərazi iddiaları və törətdikləri hərbi təcavüzləri yetmirmiş kimi, onların tarixinə, dilinə, mədəniyyətinə, dininə və ədəbiyyatına da iddiaları vardır. Gürcü tarixçisi İvane Cavaxişvili öz fundamental əsərlərində (“Qədim erməni tarixi yazıları”, “Qədim gürcü tarixi yazıları”, “Gürcüstanın iqtisadi tarixi “və s.) gürcü-erməni münasibətlərinə dair başlıca suallara cavab verərək obyektiv nəticələr çıxarmağa nail olmuş ilk gürcü alimidir. İvane Cavaxişvili Gürcüstanın iqtisadi tarixini öyrənərkən aşkar edib ki, Ermənistanda yayılan əkinçilik alətlərinin adlarının çoxu gürcü mənşəlidir və ya erməni dilinə gürcü dili vasitəsilə daxil olub. Çox qəribə bir vəziyyətlə rastlaşırıq. Ermənilər dünyaya “gürcü əlifbasını Mesrobs Maştots yaradıb, orada yerləşən dini məbədlərin əksəriyyəti bizimdir, yazıçıların çoxu isə əslində ermənidir” kimi iddialarla car çəkdikləri halda, özlərinə məxsus hesab etdikləri sözlərin bir çoxunun əslində gürcü mənşəli olması faktları ilə rastlaşırıq. Azərbaycana məxsus olan alban kilsələrini, və ərazilərin adlarını dəyişdirərək mənimsədikləri kimi, Gürcüstanın da dini məbədlərini və ərazilərini mənimsəməkdədirlər. Onlar insanların həyatında mövcud olan elə bir xəstəlikdir ki, dərmanı yoxdur.
Ermənistan Gürcüstan Demokratik Respublikasının devrilməsində və bolşevik Rusiyasının Gürcüstanı ilhaq etməsində böyük rol oynadı. 1920-ci ilin noyabrında bolşevik Rusiyası Ermənistan Respublikasını ,devirib yerində sovet hakimiyyətini yaratdı (ona qədər Rusiya Azərbaycanda kommunist hakimiyyəti yaratmışdı). Qafqazdakı yeganə müstəqil ölkə və azad ada Gürcüstan idi. Rus və gürcü bolşevikləri bununla heç cür barışa bilmirdilər. Onlar Stalin-Orconikidze tandeminin başçılığı ilə Gürcüstan demokratik hakimiyyətinin devrilməsi üçün planlar qururdular. Ermənilər 1918-ci ilin dekabrındakı məğlubiyyətlərini pis xatırlayırdılar. Onlar Lenin-Stalin bolşevik hakimiyyəti ilə dostlaşdı, birbaşa onların göstərişi ilə 1921-ci ilin fevralında Gürcüstana hücum etdilər. Bunun üçün Gürcüstanın şərqində baş verən “fəhlə üsyanı”ndan yararlandılar. Əslində isə Kvemo Kartli-Şulaveridə guya Noe Jordaniyanın imperialist hakimiyyətinə qarşı baş verən “üsyan” saxta şəkildə yaradılmışdı, heç bir həqiqətə əsaslanmırdı. Bolşevik Rusiyasından dəstək alan Ermənistan müstəqil Gürcüstana hücum etdi. 1921-ci il fevralın 15-də, müharibə başlayandan bir neçə gün sonra hökumətin sədri Noe Jordaniya iclasda çıxış edərək bunları bəyan etdi: “Ermənistan yenə də xaincəsinə bizə hücum etdi və yenidən qanlı müharibə bayrağını yüksəltdi, gizli şəkildə sərhədlərimizi pozdu. Ermənilər iki il əvvəl etdikləri kimi ölkəmizə soxuldular… Gecə postlarımıza hücum edib sərhədlərimizin bir hissəsini ələ keçirdilər. Onlar Borçalının cənub-şərq hissəsini tutublar, lakin bununla kifayətlənməyib beynəlxalq qaydaları və insan hüquqlarını pozurlar. Onlar Gürcüstanın müstəqilliyi ilə bu gün də barışa bilmirlər. Gürcüstan dövlətini tanımaq istəmirlər. Bolşevik Ermənistanı daşnak Ermənistanının yolunu gedir və onun siyasi xəttinə sadiq qalır”.

Ermənistanın tarixinə nəzər saldıqda məlum olur ki, ermənilər 1890-cı ildə Tiflisdə yaradılan Erməni İnqilabi Federasiyası Daşnaksütyunun yolunu deyil, tam əksinə Daşnaksütyun onların yolunu gedir. Çünki erməni separatçılarının xülyalarının və iddialarının 1890-cı ildə deyil, əsrlər əvvəl yaranmaması hər kəsə məlumdur. Bu federasiya sadəcə olaraq onların əsassız, məkrli, həsədlə dolu və qəddar iddialarının və xülyalarının rahatlıqla həyata keçirilməsi üçün yaradılmışdı.

Konkret olaraq Zaqafqaziyada “parçala və hökmranlıq et” siyasəti həyata keçirildi. Həmin məqsədlə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosu 1921-ci il mayın 2-də xüsusi komissiya yaratdı. Həmin il iyunun 25-27-də komissiya Tiflisdə iclaslar keçirdi. Ermənistan nümayəndəsi Berq Zadyan bu iclasların birində Gürcüstan və Azərbaycandan ərazilərin alınıb Ermənistana verilməsi tələbini irəli sürdü. Çünki Ermənistan siyasi vahid kimi bunsuz mövcud ola bilməzdi.

Berq Zadyanın tələbi Ermənistanın mövcud olması üçün idisə, aydın olur ki, onlar öz mövcudluqlarını və dövlətlərini onlarla qonşuluq edən dövlətlərin ərazi bütövlüklərinə təcavüz edərək qurmaq niyyətində idilər.

Ermənistanın Gürcüstana qarşı irəli sürdüyü iddia belə idi. Buna bənzər təklifi daşnak “Cavaxki” Axalkalakidə də təkrarlayırdı: “Axalkalaki quberniyası Ermənistanın tərkibinə daxil olmalıdır (çünki əhalinin 72 faizi ermənidir), bununla yanaşı, iki erməni kəndi – Moliti və Qızılkilsə də həmin quberniyaya birləşdirməlidir. Onlar Tabatskuri gölünün şimalında yerləşirlər”.

İttifaq bürosu Gürcüstan və Ermənistanın daxili sərhədləri məsələsini Stalinin iştirakı ilə müzakirə edib Gürcüstana aid olan Lorenin keçmiş neytral zonasını Ermənistana vermək (!) qərarına gəldi. Axalkalaki və Xrami rayonlarının Ermənistana verilməsinə gəlincə isə bu məsələnin müzakirəsi Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinə həvalə olundu. Onların qəbul etdiyi qərara isə ittifaq bürosu yenidən baxacaqdı. Lorenin neytral zonası, Xrami və Axalkalaki rayonları məsələsi 1921-ci il iyulun 16-da Gürcüstan KP MK-nın yeni yaradılmış Siyasi Bürosunda müzakirə olundu. Həmin müzakirədə Pilipe Maxaradze, Budu Mdivani, Maniya Oraxilaşvili də iştirak edirdilər. P.Maxaradze və M.Oraxilaşvili İttifaq bürosunun Lorenin neytral zonasını Ermənistana vermək qərarını dəstəklədilər. B.Mdivani isə bəyan etdi ki, ittifaq bürosu bu qərarı qəbul etməsəydi, o bu məsəlini xalqın səsverməsinə çıxarardı. Axalkalaki və Xrami rayonlarının Ermənistana verilməsi məsələsinə gəlincə isə Gürcüstan KP MK Siyasi Bürosu belə bir qərar verdi: “Axalkalaki rayonu iqtisadi və siyasi cəhətdən Tiflisə yaxın olduğuna görə erməni yoldaşların təklifi qəbulolunmazdır”.

Sovet Ermənistanı hökuməti 1923-cü ildə yeni məkrli layihə işləyib hazırladı. Layihəyə əsasən, Axalkalaki quberniyasının böyük hissəsi Borçalı quberniyası ilə birləşməli və bir erməni inzibati vahidi yaranmalı idi. Gürcüstanın Xalq Daxili İşlər Komissarlığı Axalkalaki və Borçalı quberniyaları əhalisinin rəyini və etnoqrafik-iqtisadi faktorları nəzərə alaraq bu layihənin həyata keçirilməsini qeyri-mümkün hesab etdi. Ermənilər bu məsələdən əl çəkməyərək yeni layihə irəli sürdü – ermənilər Gürcüstanın Karayasi-Şiraki çölündə məskunlaşdırılsın. Bu yerlər kanallar vasitəsilə suvarılıb, nəticədə Rusiyanın toxuculuq sənayesi üçün əhəmiyyətli olacaq (bu fikir 1960-cı illərdə İvane Xatisovun fikrinin analoqu idi), amma zərəri Gürcüstan görəcəkdi.
1988-ci il, dekabrın 8-də Ermənistanın Spitak rayonunda güclü zəlzələ baş verdi. 25 mindən çox insan həlak oldu, ev və digər tikililər uçub dağıldı. Gürcülər həmişə olduğu kimi, bu dəfə də ermənilərin çətin günlərində onlara dayaq oldu. Zəlzələdən sonrakı ilk anlardan onlara yardım etmək üçün 6000 nəfər canlı qüvvə, 1650 yük maşını, avtobus, mikroavtobus, buldozer, qaldırıcı kran, benzin daşıyan, təcili yardım maşınları göndərdi.

Necə olur ki, erməni separatçılarının irəli sürdüyü lahiyələr daim qonşu millətlərin məhv olması üçün nəzərdə tutulur. Onların məsələsi yalnız biz türklərlə olsaydı, bizim müsəlman onların isə qriqorian xristianları olduğunu düşünə bilərdik. Amma məsələ burasındadır ki, onların “Böyük Ermənistan” adlı xülyalarının qurbanı tək türklər deyil, o cümlədən onlarla qonşuluq edən xristian dövləti də oldu. Mən əminəm ki, onlarla qonşuluq edən dövlətlər İtaliya, Fransa, İngiltərə və yaYunanıstan olsaydı, yenə də erməni separatçılarının məkrli xülyalarının qurbanlarına çevriləcəkdilər, çünki bu əsassız iddialar konkret olaraq hansısa bir millətin məhvinə deyil, kim məhv olursa-olsun, amma nəticədə “Böyük Ermənistan” yaradılsın lahiyəsinə ünvanlanıbdır. Amma yenə də, bütün bunlara baxmayaraq, türklərin və gürcülərin onlara göstərdiyi qayğı göz qabağındadır.

Yaralı erməniləri Ninotsminda və Axalkalaki xəstəxanalarına yerləşdirdilər. Tiflisdən Ermənistana gürcü həkimləri briqadası getdi. 1989-cu ilin yanvar ayına qədər ermənilərin hesabına 22 milyon rubl vəsait köçürüldü. Gürcülər ümumi sahəsi 60 min kv.metr olan yaşayış evləri, xəstəxanalar, uşaq bağçaları və s. tikdi. Ermənilər gürcülərdən çox razı idi. Bunu sözlə ifadə edirdilər. Amma bunu əməllərində hiss etdirdilərmi?

Ninotsminda rayonunun rus sektant (duxobor) əhalisinin bir hissəsi 1989-cu ildə SSRİ Ali Sovetinə onlara Rusiyaya qayıtmağa icazə vermək xahişi ilə müraciət etdi. Merab Kostava Fondu Ninotsminda rayonunda Rusiyaya köçmək istəyən duxoborlardan 200 ev aldı. 150-dək gürcü ailəsi Sameba, Qorelorka, Yefremovka, Orlovka, Pasovka kəndlərində yerləşən həmin evlərdə məskunlaşdırıldı. Yerli hakimiyyət və erməni şovinizmi ilə zəhərlənmiş əhali isə Acaranın təbii fəlakətdən ziyan çəkən əhalisinin həmin kəndlərdə məskunlaşdırılmasına qarşı idi. Ermənilər bura köçən gürcüləri hədələyir, onlara silahlı hücumlar edirdi (burada yaşayan ermənilərin həmişə silahı olub, indi də var). Merab Kostava Fondu və “Elva” Elm Birliyi nəzdindəki “Cavaxki” qeyri-hökumət təşkilatının nümayəndələri Boqdanovka rayonunda düşərgədə ev alıb sənədləşdirdiyi zaman 6 erməni tərəfindən silahlı hücuma məruz qalmışdı. Basqınçılar 5 milyon rublluq qəbzləri oğurladılar. 1990-1991-ci illərdə yerli silahlı ermənilər Gürcüstan-Ermənistan sərhədində, Axalqazda yerləşən yol polis məntəqəsinə bir neçə dəfə hücum etdilər.

Çox güman ki, erməni separatçıları onlara edilən yaxşılığı və göstərilən qayğını zəiflik kimi qəbul edirlər. Çünki tarixə nəzər saldıqda görürük ki, onların düşmənçilik etdiyi və xəyanət etdiyi hər bir millətin və dövlətin zamanında onlara göstərdiyi qayğının sayı-hesabı olmayıbdır. Nəticə isə arxadan vurulan zərbə olubdur.

1991-ci ilin aprel ayında Raca İmeretidə baş vermiş zəlzələ nəticəsində evsiz-eşiksiz qalan minlərlə gürcü ailəsinə yardım göstərmək və mövcud fonddan maksimum istifadə etmək məqsədilə Gürcüstan prezidentinin 21 avqust, 1991-ci il tarixli əmrinə müvafiq olaraq Samstxe-Cavaxetinin müvəqqəti fövqəladə qərargahı yaradıldı. Təəssüf ki, qərargah və hakimiyyət heç nə etmədi.

Qəribə bir mənzərənin şahidi oluruq. Bir zamanlar zəlzələdən zərər çəkmiş ermənilər, onlara yardım əlini uzatmış və sonradan eyni təbii fəlakətdən zərər çəkmiş gürcülərə yardım etmək əvəzinə, onların evsiz-eşiksiz çöllərdə qalmalarının tələbini irəli sürürlər. Buna bir sübut olaraq Axalkalaki və Ninotsimdada zəlzələdən zərər çəkmiş acarların bu ərazilərə müvəqqəti yerləşdirilmələrinə erməni separatçılarının etiraz mitinqi keçirərək qarşı çıxmalarıdır. Təbiidir ki, gürcülərin erməni separatçılarının son dəfə xəyanətkar və arxadan zərbə vuran olduqlarını bilmədiyini söyləyə bilmərik. Erməni separatçılarının tarixlərini səhifələdikcə, zaman-zaman qonşu dövlətlərə qarşı hansı münasibəti bəslədiklərini görmək mümkün olur. Bu onların nə öz millətlərinə, nə də qonşu dövlətlərə qarşı ilk və son xəyanətidir.

Abxaziyada yaşayan ermənilər yuxarıların göstərişi ilə davranıb, Tiflisdə böyüyən marşal İ.Baqramyanın adına batalyon yaratdılar. Batalyon üzvlərinin qəddarlığının sərhədi yox idi. 1992-1993-cü illərdə həmin batalyon gürcülərə qarşı amansız qəddarlıqlar törətdi. Bu batalyonun silahlıları Kodori yatağındakı Amtxeli, Campali, Kvemo və Zemo Lata və başqa gürcü kəndlərinin dinc əhalisini qırdı. Qulripşi rayonunda qətllərin və vandalizmin, sadizmin və misli görünməmiş işgəncələrin, vəhşiliklərin mütləq əksəriyyətini Baqramyan batalyonu və orada yaşayan ermənilər törətmişdilər. Bu batalyonun yaranmasında və güclənməsində erməni diasporunun və Moskvaya köçən suxumili ermənilərin, o cümlədən Tsakuryan qardaşlarının böyük rolu vardı.

Gürcüstanın bir zamanlar sığınacaq verdiyi insanlar 1996-cı ildə Levon Ter-Petrosyanın Gürcüstana rəsmi səfəri zamanı “Cavaxetiyə xüsusi status” verilməsini tələb edən həmin o erməni separatçıları idi. Bütün bunların arxasında Samsxe-Cavaxetiyi artıq Ermənistanın tərkib hissəsi sayan və öz fəaliyyəti ilə “Daşnaksütyun” təşkilatından bir o qədər də fərqlənməyən “Cavaxk” daşnak təşkilatı dururdu. Təəssüf ki, nə qədər yaxşılıq edilib qayğı göstərildiyinə baxmayaraq, nankorluq və həsəd xəstəliyinə tutulmuş insanlar da mövcuddur. Erməni separatçıları vəhşi bir heyvana bənzər ki, böyüdükcə təhlükəsi də özü ilə birgə böyüyür. Bizim məsələmiz, bəslədiyi yırtıcı məxluq tərəfindən hücuma məruz qalmış kəsin məsəlinə bənzər. Erməni separatçılarının həm bizlərə, həm də öz vətəndaşlarına qarşı nələr etdiklərini, onları dünyaya hansı formada təqdim etdiklərini nəzərə alaraq, onlara, mənəviyyatlarını itirmiş tiran adını rahatlıqla verə bilərik. Bu separatçılar ilk növbədə daxildən, elə öz milləti tərəfindən məhkum edilərək məhvə məruz qalmalıdırlar.

ATO.AZ

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *