Home / Bilirsinizmi? / Ermənistanda bahalaşma ŞOKU: Yanvarın 1-dən başlayır
21052627

Ermənistanda bahalaşma ŞOKU: Yanvarın 1-dən başlayır

Yanvarın 1-dən etibarən Ermənistanda gündəlik ərzaq məhsulları və məişət mallarının qiymətlərinin qalxması gözlənilir.

Ato.az  xəbər verir ki, bu haqda yerli “Jamanak” nəşri yazıb.

Bahalaşmaya səbəb kimi Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəticəsində 800-900 adda məhsulun gömrük dərəcəsinin qalxması göstərilir. İdxal edilən toyuq əti, kərə yağı, yumurta, sitrus meyvələri və kofenin də gömrük dərəcəsinin artacağı gözlənilir.

Benzinə tətbiq edilən aksiz vergisi də artacaq. Məlumata görə, hazırda bir ton benzin üçün 25 min dram (təxminən 50 dollar) aksiz vergisi 40 min drama (təxminən 80 dollar) qədər yüksələcək.

“Bundan başqa, yanar-sürtkü materialları üçün aksiz vergisi 5 dəfə yüksələcək. Həmçinin spirtli içkilərə tətbiq edilən aksiz vergisi 2018-ci ilin yanvarından 73 (hazırda 63 faizdir), 2019-cu ildə 84, 2020-ci ildə 96, 2021-ci ildə isə 110 faiz olacaq. Bu qayda ilə ən yaxın illərdə tütün məmulatları üçün aksiz vergisinin artırılması da nəzərdə tutulur”, – nəşr yazıb.

Terane.

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *