Home / Bilirsinizmi? / DİQQƏT! Sabah bu müəllimlər imtahan verəcəklər
dovlet qullugu

DİQQƏT! Sabah bu müəllimlər imtahan verəcəklər

Sabah peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ato.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Cari il ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.

Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *