Home / İdman / Çevriliş gecəsinin şok planı – Sərhəddə hazır gözləyən ordu…
1514179453_1

Çevriliş gecəsinin şok planı – Sərhəddə hazır gözləyən ordu…

Türkiyədə çevriliş cəhdinin baş tutduğu saatlarda naməlum bir təyyarənin sərhədə 2-3 kilometr məsafədə Şimali İraq bölgəsinə silah və ləvazimat qutuları endirdiyi məlum olub.

Ato.az Axar.az -a stinadən xəbər verir ki, pilotsuz uçan aparat və sərhəd məntəqələri tərəfindən müşahidə edilən təyyarənin kimə məxsus olduğu aşkar edilməyib.

Məlumata görə, həmin silahların PKK tərəfindən çevriliş gecəsi Türkiyəyə hücum üçün istifadə edilməsi nəzərdə tutulub. Türkiyə tərəfindən ələ keçirilən silahlarla PKK qardaş ölkəyə ikinci zərbəni vurmaq istəyib. Terrorçuların kritik dəqiqələrdə hücum etməsinə isə xalqın ayağa qalxaraq küçələrə axın etməsi əngəl olub.

“O gecə YPG-ə aid ağır silahlar daşıyan və aralarında zirehli maşınların da olduğu çox sayda texnika sərhədimiz istiqamətində gözləyirdi”, – Suriya sərhədinə yaxın Ceyranpınar qəsəbəsinin bələdiyyə sədri Məndərəs Atilla deyib.

Qeyd edək ki, 2016-cı ilin 15 iyulundakı çevrilişə cəhd gecəsi PKK-nın Türkiyəyə hücum planının mövcudluğu bir neçə dəfə gündəmə gəlib.

ATO.AZ

Z.Göytürk

About ato.az

Check Also

1514786708_1

Düşmən sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub

Share this on WhatsAppErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 135 …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *