Home / Güney Azərbaycan / Azərbaycan şəhəri Qəzvində nümayişçilərə atəş açıldı – Video
1514867878_1

Azərbaycan şəhəri Qəzvində nümayişçilərə atəş açıldı – Video

Ato.az xəbəri təqdim edir;

Yeni ilin ilk günü Cənubi Azərbaycanın bir sıra şəhərlərində etiraz nümayişləri davam edib.

Ovqat.com güneydəki qaynaqlara istinadən xəbər verir ki, aksiyalar Azərbaycan milli fəallarının çağırışıyla keçirilib.

Bildirildiyinə görə, bir gün əvvəl milli fəallar keçiriləcək aksiyalar barədə mühüm qərarlar qəbul ediblər. Qərara alınıb ki, bundan sonra keçiriləcək bütün aksiyalarda yalnız milli şüarlar səsləndiriləcək. Şüarlar isə əsasən bunlar olacaq:

“Azərbaycan talandı,

Millət, oyan, amandı!”

“Türk dilində mədrəsə

Olmalıdır hər kəsə”

“Azərbaycan milləti

Çəkəmməz bu zilləti”

“Urmu gölü can verir,

Dövlət onun qətlinə fərman verir”.

Aldığımız məlumata görə, 01.01.2018-ci il tarixində yerli saatla 17.00-da Cənubi Azərbaycanın bütün şəhərlərində aksiya çağırılıb. Aksiyaların baş tutub-tutmaması barədə, hələ ki, təfsilatlı məlumatlar ala bilməmişik. Bunun səbəbi İranda sosial şəbəkələrə qoyulan qadağalardır. Xüsusilə “Telegram” adlı sosial şəbəkənin fəaliyyəti dayandırıldığından İranın bütün bölgələrində olduğu kimi, Cənubi Azərbaycan fəalları da bir-biriylə əlaqə yarada bilmirlər. Bu da informasiya axışını əngəlləyir.

Son anda aldığımız məlumata görə, Cənubi Azərbaycan şəhəri Qəzvində aksiya iştirakçılarına atəş açılıb. Atışmada itki olub-olmadığı barədə dəqiq məlumat yoxdur. Dinc nümayişçilərə atəş açıldığı anın görüntüsünü təqdim edirik:

Qeyd edək ki, bundan bir əvvəlki gün də Rəşt və Xürrəmabadda bənzər insidentlər yaşanmış və ölənlər olmuşdu. Dünən İran rəsmiləri polislərlə etirazçılar arasında yaşanan qarşıdurmada 2 nəfərin öldüyünü açıqlamışdılar. Bu gün isə İran dövlət televiziyası ölənlərin 12 nəfər olduğunu bildirib.

Digər bir rəsmi məlumatda bildirilir ki, 30-a yaxın şəhərdə keçirilən aksiyalarda 400-dən artıq etirazçı həbs olunub. Tehran Baş prokuroru Abbas Cəfəri Dolatabadi də mətbuat açıqlamasında aksiyada həbslərin olduğunu etiraf edib. O, hadisələrin arxasında ABŞ və İsrailin dayandığı iddia edərək deyib: “Tramp regiona gəlib qılınc rəqsi edəndən, İsraillə İran məsələsində razılığa gəldiyini açıqlayandan sonra belə hadisələr gözlənilən idi”.

İran İslam İnqilabı Keşikçiləri də aksiyalarla bağlı mövqeyini açıqlayıb. Qurumun sözçüsü İsmayıl Kövsəri nümayişlərdə siyasi şüarlar səsləndirildiyini və mülklərin yandırıldığını, bunların isə yolverilməz olduğunu bildirib. O, əlavə edib ki, aksiyalar davam edəcəyi təqdirdə, rejim öz “dəmir yumruğunu” göstərmək məcburiyyətində qalacaq.

Digər İran rəsmiləri də etiraz aksiyalarını “anti-inqilabçı çevrələri və xarici qüvvələrin agentlərinin” işi olduğunu bildiriblər. Bu da rəsmi Tehranın etirazçılara divan tutmaq niyyətində olduğunu, onları vətənə xəyanətdə ittiham edərək, cinayət işləri açmaq istədiyini göstərir.

Ato.az

Z.Göytürk

About ato.az

Check Also

tehran

İranda bu dil qadağan edildi – Qərar

Share this on WhatsAppİranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *