Home / Güney Azərbaycan / Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı – VİDEO
1514878861_1

Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı – VİDEO

İranda dekabrın 28-də başlayan aksiyalara artıq Güney Azərbaycan şəhərləri də yavaş-yavaş qoşulmağa başlayıb.

Ato.az Axar.az stinadən xəbər verir ki, etirazlara əsasən Urmiya, Əbhər, Zəncan, Xoy, Marağa və qismən də Təbriz şəhəri qoşulub. Maraqlı məqam odur ki, etiraz aksiyaları zamanı azərbaycanlılar Azərbaycan dilində şüarlar səsləndiriblər.

Marağadakı aksiyada isə etirazçılar “Azərbaycan oğluyam – Babəkin sərbazıyam” şüarlarını səsləndirib, millətçiliyin rəmzi olan Bozqurd işarəsi tutublar. Aksiyada həmçinin İran bayrağı aşağı endirilərək ayaqlar altına alınıb.

Milli şüarlar təkcə Güney Azərbaycanda səsləndirilməyib. Eyni tipli şüarları İranda yaşayan ərəblər, lorlar, bəlluclar və kürdlər də səsləndiriblər.

Ato.az

Z.Göytürk

About ato.az

Check Also

tehran

İranda bu dil qadağan edildi – Qərar

Share this on WhatsAppİranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *