Home / Bilirsinizmi? / İranda iğtişaşlara qarşı yürüşlər keçirilir – FOTO
esas

İranda iğtişaşlara qarşı yürüşlər keçirilir – FOTO

İranın müxtəlif şəhərlərində son hadisələrə etiraz əlaməti olaraq yürüşlər keçirilir.

Ato.az  xəbər verir ki, Əhvaz, Kirmanşah, Qum, Xorrəmabad, Abadan və digər şəhərlərdə keçirilən kütləvi aksiyalar “Vəhdət yürüşü” adlandırılıb.

Aksiya iştirakçıları “Amerikaya ölüm”, “Fitnə yaradanlara ölüm” və “İsrailə ölüm” şüarları səsləndiriblər, iğtişaşçıların cəzalandırılmasını tələb ediblər.

Yanvarın 2-də paytaxt Tehranda sakitlik hökm sürüb. Tehranda iğtişaşlar baş verən küçə və meydanlar polis nəzarətində olub.

“İribnews”un məlumatına görə, ötən gecə İsfahan əyalətindəki Ləncan şəhərində bəzi iğtişaşçılar şəhər meriyasının binasını atəşə tutub. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Terane.

About ato.az

Check Also

erdogan

Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama

Share this on WhatsApp PKK-nın Qəndildəki toplantı məkanlarını məhv etmişik. Ato.az xəbər verir ki, bunu “Kanal …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *