Home / Bilirsinizmi? / bundan 17 min il əvvəl ərəblər taxtaya daşa farslar alova bütə sitayiş edərkən Türklər….
26754257_1416131458516694_505279245_n

bundan 17 min il əvvəl ərəblər taxtaya daşa farslar alova bütə sitayiş edərkən Türklər….

  Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir. Musa Kağankatlının yazdığına görə, fars – Sasani şahı Yəzdəgirdin Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir: “Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.” Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla, zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir. Bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa “Avesta” ilə bağlı deyildır. Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin “Avesta” və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin “Şahnamə”sinin təsiri ilə ortaya çıxmışdır. Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda “Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir. Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, “Şahnamə”nin qələmə alındığı dilin nümunələridir:
bundan 17 min il əvvəl ərəblər taxtaya daşa farslar alova bütə sitayiş edərkən Türklər Tenqri Xan Tenqri dedikləri bir olan Tanrıya inanirdilar hətta xristianliğin yeni yayildiği antik dönəmdə romanı fəth edən Ulu Atilla Roma imperatorunun sarayında ikona görmüş bunlar kim deyə təəccüblə soruşmuş roma papasi Məryəm və Tanrinin oğlu isa deyincə siz dəli olmusunuz? Tanrinin oğlu yoxdur o təkdir yaradıcıdır demişdi
Ato.az
Senan Senan Turanli QilincArslan

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *