Home / Bilirsinizmi? / Cəlilabadda nadir tapıntı: İnsan sümükləri, qablar…
tapinti1

Cəlilabadda nadir tapıntı: İnsan sümükləri, qablar…

Ato.az təqdim edir;

Cəlilabad rayonunun Xanəgah kənd sakini İlham Paşayevin həyətyanı sahəsində orta əsrlərə aid yeni maddi mədəniyyət nümunələri aşkar olunub.

Axar.az xəbər verir ki, güclü yağışlar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub apardığından ərazidə qismən görünən insan sümükləri ev sahibinin diqqətini cəlb edib. Həmin ərazidə qazıntı zamanı insan sümüklərinin qalıqları və məişət əşyaları üzə çıxıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, yeni maddi mədəniyyət nümunələri orta əsrlərə qədər qorunmuş Zərdüşt dini inancının nadir tapıntılarındandır. Məzarlıqda olanlar da məhz bu dinin qanunları çərçivəsində dəfn olunublar. Kəllə sümüklərinin forma və ölçülərindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları müəyyən edilib.

Məzarların yanında tapılan məişət əşyaları arasında boyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Rzayevin sözlərinə görə, yeni tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxara bilər.

Ato.az

Z.Göytürk

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *