Home / Güney Azərbaycan / İranlı gənc fəal həbsxanada özünü asdı – İşgəncələr
image-77

İranlı gənc fəal həbsxanada özünü asdı – İşgəncələr

Son günlər paytaxt Tehranda hakimiyyətə qarşı keçirilən kütləvi xalq etirazlarında tutulan 22 yaşlı aksiyaçı Sina Qənbəri naməlum şəraitdə həbsxanada ölüb.
Ato.az xəbər verir ki,Tehranin ədliyyə idarəsinin baş direktoru Mustafa Mohebbi jurnalistlərə açıqlamasında gənc aksiyaçının ölümünü təsdiqləyib:
“Təəssüflər olsun ki, bu, düz xəbərdir. Hüquq-mühafizə qüvvələri tərəfindən tutulan və Evin həbsxanasında saxlanılan Sina Qənbəri ötən gün səhər saatlarında naməlum səbəblərə görə ayaqyolunda özünü asıb”.
İran parlamentinin deputatı Mahmud Sadiqi isə həmin gün özünün Tvitter səhifəsində məsələyə münasibət bildirib:
“Mən təhlükəsizlik yetkililərindən biri ilə əlaqə saxlayıb məsələni araşdırdım. Onlar da bu gəncin ölümünü təsdiqlədilər. Mən isə buradan üzümü ölkə prezidentinə, təhlükəsizlik və məhkəmə sistemi rəsmilərinə tutub onlara ölkədə ikinci bir Kəhrizək olayının təkrar oluna biləcəyi barədə xəbərdarlıq edir, bu məsələnin qarşısının alınması üçün tədbir görmələrini tələb edirəm”.
Yerli sakinlər isə Sina Qənbərinin həbsxana işçiləri tərəfindən işgəncə ilə öldürüldüyünü bildiriblər.
Qeyd edək ki, son günlər İranda hökumət əleyhinə baş verən etirazlar zamanı 30-dan çox insan öldürülüb, 2 mindən çox etirazçı saxlanılıb.

İsmayıl

About ato.az

Check Also

06_01_2018

“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa

Share this on WhatsApp06 yannvar  2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə son günlər İranda …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *