Home / Bilirsinizmi? / “Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa
06_01_2018

“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa

06 yannvar  2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə son günlər İranda baş verən kütləvi etiraz aksiyaları ilə bağlı “Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, son zamanlarda sözdə “İran” adlanan ölkədə baş vərənlər Azərbaycannın güneyindəki kimi, quzeyində yaşayan türklərin də birbaşa diqqət mərkəzindədir. Onun sözlərinə görə, türklər, o cümlədən Azərbaycan türkləri hazırda “İran İslam” adlanan ölkədə hansı səbəblərdən qaynaqlanmasına baxamayaraq, hökumət əleyhinə keçirilən etiraz aksiyalarına həsaslıqla yanaşaraq bu məsələlərdə daha çox milli haqlarını ifadə etməlidirlər. F.Ələkbərlinin fikrincə, bunun üçün də bu etiraz aksiyalarla bağlı hər hansı qüvvələrin, yəni ABŞ-ın, Rusiyanın, İsrailin, Ərəb ölkələrinin və digərlərinin güdüyü niyyətləri bir kənara qoyaraq Azərbaycan türkləri öz milli hədəflərini dəqiqləşdirməli, onun ziyalıları bu yolda müzakirələr apamalıdırlar: “Azərbaycan türklərinin məqsədi ya 1925-ci ildə xarici qüvvələrin əliylə itirdikləri hakimiyyəti yenidən bərpa etmək, ya da ən azından Azərbaycan türklərinin, ümumilikdə türklərin yaşadığı bölgələrdə istiqlaliyyətini qazanmaq olmalıdır. Bir sözlə, bizim əsas hədəfimiz heç bir xarici və daxili qüvvənin din, demokratiya və bunun kimi oyunlarına gəlməyərək, yalnız Azərbaycan türklərinin deyil, eyni zamanda Xorasan türkmənlərinin, qaşqayların, kürdlərin, farsların, ərəblərin, bəlucların da maraqlarına cavab verən bir dövlətin qurulması üzərinə köklənməlidir”.

Sonra BAO başqanının siyasi məsələlərt üzrə müavini, tarixçi alim Alı Balayev, BAO Mərkəzi Şurasının (MŞ) üzvü, türkoloqAydın Mədətoğlu, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Baş katibi və İctimai Əlaqələr Departamentinin Rəhbəri Umuxanım Hüseynzadə, BAOMŞ-nın üzvü Rüfət Muradlı, Tarixçi alim Cavanşir Beydullayev, BAO MŞ-nın üzvləri Natiq Ulubəy, Nəcəfalı CahangirliBAO başqanı Zahir Əlisoy və b. mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirdilər.

Ümumilikdə çıxışçılar son günlər İranda baş verən kütləvi etiraz aksiyalarının nəticələrinin Güney Azərbaycan türklərinin məhz milli mənafeyinə xidmət etməsinin əsas məsələ olması vurğuladılar. O cümlədən Güney Azərbaycan Milli hərəkatının bu aksiyalarda hələlik iştirak etməməsi keçmiş inqilabların təcrübəsi baxımından əksər çıxışçılar tərəfindən düzgün addım kimi dəyərləndirildi.

FOTOLAR:

menbee: BAO İnformasiya Xidməti

Ato.az

Terane.

About ato.az

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *