Home / Dahilər / Cavad bəy Şıxlıniski (Alqazax) kimdir?
26754243_1420937548036085_774846147_n

Cavad bəy Şıxlıniski (Alqazax) kimdir?

Mübariz sərkərdə, Azərbaycanın istiqlalının bərpası uğrunda uğrunda böyük mücahid, 1920-ci il may ayın sonu, iyun ayının əvvəllərində istiqlalımızın bərpası uğrunda baş vermiş rəşadətli Gəncə üsyanına rəhbərlik etmiş ləyaqətli hərbiçilərimizdən General-Mayor Cavad bəy Şıxlıniski (Alqazax). Cavad bəy Azərbaycanın şərəf tarixində ən öndə gələn şəxsiyyətlərimizdən biridir. O 1920-ci ildə yeni qurulmaqda olan Sovet ordusuna tabe olmaqdan boyun qaçırmış, Azərbaycan Cümhuriyyətinin milli ordusuna sonuna qədər sadiq qalmışdı. İstiqlalımızın bərpası uğrunda sonuna qədər mübarizə aparmış Cavad bəy Sovet işğalçılarına təslim olmamış Türkiyəyə mühacirət etmişdi. Onu mühacirlər Türkiyədə xalq qəhramanı, mübariz sərkərdə kimi qarşılamışdılar. Onu qarşılayan həmin mühacirlərin başında Albay Cahangir bəy Kazımbəyli, Albay İsrafil bəy İsrafilbəyli kimi üsyan iştirakçıları və rəhbərləri gəlirdi. Cavad bəy mühacirətdə olduğu zamanlarda hər 28 may günü Azərbaycan Cümhuriyyəti ordusu geyimini əyninə geyinər, xəncərini üzərinə taxar, Azərbaycanın 3 rəngli bayrağının altında milli rəqslərimizi oynardı. Yüksək hərbi keyfiyyətlərə malik, sağlam düşüncəyə sahib, xaraktercə möhkəm Cavad bəy mühacirət həyatının bir hissəsini İranda keçirmiş, İran ordusunda xidmət etmişdi.
Gürbüz Alkazak bəyə ərmağan:

Sənan Turanlı Qılınc Arslan

About ato.az

Check Also

39206567_308054183279014_5276094184690810880_n

“Qafqaz İslam Ordusunun Bakını azad etməsi tarixi hadisədir, qədirbilən xalqımız bunu unutmur”

Share this on WhatsApp “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *