Home / Gündəm / Kərbala ziyarətində anti-Azərbaycan təbliğatı – Bu qərəzli təbliğat kimə və nə üçün lazımdı?
image-110

Kərbala ziyarətində anti-Azərbaycan təbliğatı – Bu qərəzli təbliğat kimə və nə üçün lazımdı?

Məlum olduğu kimi, hal-hazırda Kərbəlaya səfərlərin təşkil olunmasında İraqdan daha çox, İran xüsusi rol oynayır.
Bizim ölkədən – Azərbaycandan Kərbəlaya gedənlərin sayı da kifayət qədər çox olub. Əlbəttə, əhalimizin öz dini dəyərlərini qoruması və ona sahib çıxması çox yaxşı haldır, ancaq “kənar müdaxilələr”, bu inanclardan maraqlı qüvvələrin sui-istifadə cəhdələri olmasa…
Təəssüf ki, hər il olduğu kimi, bu il də azərbaycanlıların Kərbəla ziyarəti xoşagəlməz müdaxilələrlə, “kənar təsirlərlə” yadda qalıb.
Ziyarətdən yenicə dönən zəvvarlarımızın sözlərinə görə, Azərbaycandan gedənlərin bu dəfə çox olduğunu görən bəzi “din adamları” fürsəti fövtə verməyərək, ziyarətə gələnlər arasında əməlli-başlı anti-Azərbaycan təbliğatı aparmağa çalışıblar. Xüsusən də hüquq-mühafizə orqanlarının 2 il əvvəl Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat müzakirəyə çıxarılaraq, dövlətin gördüyü nizamlayıcı tədbirlər “şiələrin sıxışdırılması, təqib olunması” kimi qələmə verilib.
Zəvvarların dediyinə görə, bu təbliğatda Rusiyada yaşayan, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxri İlyasov, İranda təhsil alan Azər Cəbiyev, Famil Cəfərov adlı şəxslərin birləşdiyi qrup daha fəal olub.
Bundan başqa, hətta Nəcəf və Kərbəlada bir neçə yerdə divarlara Taleh Bağırzadənin, Mövsüm Səmədovun, eləcə də Nardaran əməliyyatı zamanı tutulanların şəkilləri yapışdırılaraq, onları “Azərbaycandakı islam mücahidləri”, “Azərbaycan şiələrinin liderləri” kimi təqdim ediblər.
Müsəlman Birliyi Hərəkatının üzvləri isə Nardaran əməliyyatı zamanı ölənlərin övladlarını da özləriylə götürərək, onları səfər boyu zəvvarlara “şəhid övladları” kimi tanıtdırıb, hakimiyyəti sərt tənqid ediblər…*
Səfərlərini İranın bir neçə şəhəri üzərindən salanlarla isə Ərdəbil və Qumun Azərbaycan əleyhinə danışmaqda ixtisaslaşmış mollalarıyla, o cümlədən adı Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ədəbilin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşlər təşkil edilib, həmin görüşlərdə Azərbaycan əleyhinə sərt ifadələr işlədilib, xüsusən də hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat pislənərək, hakimiyyət-vətəndaş münasibətlərində ziddiyət yaradılmasına səy göstərilib, Azərbaycan dövlətinin öz vətəndaşlarının qayğısına qalmadığı, həbsə atdığı vurğulanıb.
Təəssüf ki, həmin “din xadimləri”nin bütün bu fəaliyyətlərində aydın bir xətt aşkarca nəzərə çarpıb: Azərbaycanda vətəndaş-hakimiyyət münasibətlərinə inamsızlıq toxumu səpmək, ziddiyyət, qarşıdurma yaratmaq, vətəndaşlarımızın dini duyğularından, məzhəb təəssübündən istifadə etmək, yararlanmaq, özlərini onların himayəçisi kimi təqdim etməklə, əməkdaşlığa cəlb etmək…

İsmayıl

About ato.az

Check Also

cebhe

Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan GİRMƏK İSTƏDİ, AMMA… – RƏSMİ – FOTO

Share this on WhatsAppİyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *