Home / Güney Azərbaycan / Tehranda aksiyalar başladı: Yeni tələblər
image-103

Tehranda aksiyalar başladı: Yeni tələblər

Tehranın Evin həbsxanası qarşısında son aksiyalarda tutulanların valideynləri kütləvi həbslərə qarşı etirazlara başlayıblar.
ATO.AZ xəbər verir ki,onlar dinc etirazlarda tutulan övladlarının qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Aksiyanın müddətsiz olaraq davam edəcəyi bildirilir. Hətta bəzi valideynlər həbsxana qarşısında çadır da qurublar.
“Siyasi məhbuslara azadlıq”, “Günahsız tələbələrə azadlıq” və bu kimi şüarlar səsləndirən aksiyaçılar kütləvi həbslərə son qoyulmasını, tutulanların dərhal azadlığa buraxılmasını istəyirlər.
Həbsxana mühafizəçiləri və ətraf yerlərdən gətirilmiş silahlı hökumət qüvvələri bir neçə dəfə aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etsələr də, valideynlər təzyiq və təhdidlərə baxmayaraq dağılışmayıblar.
Son məlumatlara əsasən, Evin həbsxanasının qarşısında və ətraf məhəllələrdə vəziyyət gərgin olaraq qalır.

İsmayıl

About ato.az

Check Also

06_01_2018

“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa

Share this on WhatsApp06 yannvar  2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə son günlər İranda …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *