Home / Bilirsinizmi? / Azərbaycan Ordusunun zabit və gizirləri sınaq imtahanları verir – FOTO
c8ad9bca-8e2e-4048-91f4-b1d2228c19c9_1512976238_1515733349234_1515739035

Azərbaycan Ordusunun zabit və gizirləri sınaq imtahanları verir – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

Ato.az bildirir ki, Nazirlikdən Publika.az-a verilən məlumata görə, müxtəlif təlim mərkəzlərində və çöl-səhra şəraitində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələr, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilir və hərbi qulluqçuların fiziki hazırlığının səviyyəsi yoxlanılır.

Hərbi qulluqçuların döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirilir.

Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *