Home / Bilirsinizmi? / Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu – FOTOFAKT
cemaleddin

Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycan idmançıları artıq 3-cü mövsümdür ki, Hindistanda sərbəst güləş üzrə kişi və qadınlar arasında keçirilən Pro Restlinq Liqada (Pro Wrestling League) mübarizə aparır.

Ato.az xəbər verir ki, üçqat dünya çempionumuz Hacı Əliyev və Aslanbəy Alborov “Dehli Sultanları” (Delhi Sultans) klubunda, digər güləşçimiz Cəmaləddin Məhəmmədov isə “Danqal” komandasında çıxış edir.

Lakin təşkilatçılar idmançılarımızdan Cəmaləddin Məhəmmədovla bağlı texniki səhvə yol veriblər. Belə ki, o, turnirin saytında Rusiya idmançısı kimi təqdim olunub.

Qeyd edək ki, “Dehli Sultanları” ilk turda “Mambey Maharathi” komandasına uduzub – 41:54. 92 kq çəki dərəcəsində mübarizə aparan Aslan Alborov Kadian Satyavarta 15:0 qalib gəlib. 65 kq çəkili üçqat dünya çempionumuz Hacı Əliyev isə Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova 2:3 yenilib.

Cəmaləddin Məhəmmədovun komandası isə “Pəncab Kralları”na (Punjab Royals) 40:33 hesabı ilə qalib gəlib. 125 kq-da çıxış edən ağır çəkili legionerimiz gürcü Ceno Petriaşviliyə 3:4 uduzub. Bu nəticələrdən sonra altı komandanın iştirak etdiyi turnirdə “Danqal” 2 xalla lider, xalsız “Dehli Sultanları” isə sonuncu pillədə qərarlaşıb.

Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *