Home / Bilirsinizmi? / Türk sözünun mənası və qədim türklər haqqında TÜRKLƏRIN TARIXI
26794128_1421864847943355_2017773285_n

Türk sözünun mənası və qədim türklər haqqında TÜRKLƏRIN TARIXI

   Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş və onlar Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə “Tik” və ya “Tiklər” şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər. Türklərlə bağlı biliklərin çoxunu qədim Çin mənbələrindən əldə edirik . Çinli tarixçilər bizim eradan əvvəl 2000 -1000 ci illər arasında ilk Türk hökmdarlığından bəhs edirlər. Bununla bərabər, qədim çin qaynaqlarındakı Türk hökmdarlarının və dövlətlərinin adı çincə yazılıb .Bunlarin Türkcə qarşılığı tam anlamıyla bilinmir . Professor Erol Güngörün təbirincə, “bizim atalarımız o vaxt türk adı ilə çağırılmırdı. Türk kəlməsi bu gün belə millətin adıdır amma atalarımız o vaxt bir millət halında deyildi. Boy və tayfalar halında yaşıyırdılar və hər tayfanın ayrı bir adı vardı. Türk adının tarix səhnəsinə çıxması 6-cı yüzillikdə qurulan Göytürk milləti ilə bağlıdır. Orxon kitabələrində yer alan Türk adı daha çox “Turuk” şəklində göstərilmişdir. Yəni, Türk sözünü ilk dəfə rəsmi olaraq istifadə edənlər Göy türklər Göy türk imperiyası olmuşdur. Göytürklərin ilk vaxtlarında Türk sözü bir dövlət kimi işlədilirdisə daha sonra Türk millətni ifadə etmək üçün işlədildi. Çin imperatoru 585 -ci ildə, Göy Türk xaqanı işbaraya göndərdiyi məktubda “Böyük Türk Xaqanı›” deyə xitab etmişdir. İşbra Xaqanın Çin imperatoruna cavabında da „Türk millətinin tanrı tərəfindən yaranmsından bu yana 50 il keçdi ” ifadəsi işlədilmişdir Göy Türk yazılarında Türk sözü daha cox ” Türk budun” şəklində işlədilmişdir . Türk Budun Türk Milləti mənasına anlamına gəlir. Dolayısıyla Türk adı bu dövrlərdə bir toplumun bir qövmün adı kimi deyil daha çox siyasi bir mənsubiyyəti təyin edən bir söz kimi keçir. Yəni Türk soyuna mənsub olan bütün boyları və toplumları ifadə etmək üçün milli bir ad halına gəlmişdir. Türk sözünün kəlməsinin ( etimoloji cəhətdən) üzərində də bir çox fikirlər söylənmişdir. Bunlardan bəziləri aşağıdkılardır: Çin qaynaqlarında “Tu-kue (Türk)” dəbilqə mənasını verir; İslam qaynaqlarında səs bənzəşməsinə əsaslanaraq yetginlik dövrü mənasına gəlir. Arminius Vamberyin 19-cu əsrdə yazdığı əsərlərində bildirdiyinə görə türk kəlməsi törəmək (türümək) sözündən gəlir. Ziya Gökalp bunu ” türəli(türeli)” yəni qanun və nizamlı şəklində açıqlayır. Böyük Alman türkoloq Albert Von Le Coq türk kelməsinin güc qüvvət mənasını verdiyini demişdir,Le Coqun bu iddiası Göytürk əlifbasını 1893- cü ildə ilk dəfə araşdıran etimoloq Vilhelm Thomas tərəfindən də deyilmiş: Macar türkoloqGyula Nemethin araşdırmalarında da sübut olunmuşdur. Bu mövzuda digər bir yazıya göre Türk kəlməsi Altaylı (ceyhun kənarı,turanlı) qövmlərini təyin etmək üçün 420 -ci ildə bir fars mətnində göstərilmişdir. Yenə 515-ci ildə Türk -Hun(qüdrətli Türk) təbirinin də keçməyi bilinməkdədir. İran qaynaqlarında Türk kəlməsi gözəl insan mənası verir. Mahmud qaşqarlı Türk adının Türklərə tanrı tərəfindən verildiyini demişdir gənclik qüvvət mənasını verdiyini vurğulamışdır .Türk kəlməsinin güclü – qüvvətli mənasına gəldiyini bu gün bütün alimlər demək olar ki qəbul edir HAŞİYƏ; Azərbaycanda qədimdən Türk tayfaları yaşayıb meselen aslar (uslar oğuzlar) (as ərlər azərlər) ,saklar( bugünkü Şəki sözü keçmişdə sakaşena kimi işlənib Sak sözündən gəlir, həmçinin zaqatala (sakatala), geklər( bu tayfa göy Türklərin əcdadları olub onlarla bağlı Azərbaycanda Göylər kəndi var(qədimdə geklər),kamaklar da qədim Türk tayfası olub Azərbaycanda yaşayıb( qedim Şamaxı sözünün etimoloji mənası onlarla bağlıdı, kamaxa, kemaxa, şemaxa)kəngərlər də Azərbaycanda yaşayiblar ta qədimdən ( kəngərli toponimi onlarla bağlıdır) . Bir sözlə Azərbaycan qədim Türk diyarı olub. Müəllif Dilqəm Kərimov
Ato.az

 Sənan Turanlı Qilincarslan

About ato.az

Check Also

anar-cebrayilli

Azərsu” rəsmisi: Çəkinmədən bəyan edirəm – Video

Share this on WhatsApp İnsanlar bilsinlər ki, suyun keyfiyyətli ilə bağlı heç bir problem yoxdur. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *