Home / Bilirsinizmi? / Ermənilər Qarabağda ayağa qalxdı: “Azərbaycana gedəcəyik”
qarabg

Ermənilər Qarabağda ayağa qalxdı: “Azərbaycana gedəcəyik”

Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni sakinlər etiraza başlayıb.

Ato.az  xəbər verir ki, Ermənistanın işğalçı rejimi tərəfindən Qarabağa yerləşdirilən və hazırda burada yaşayan erməni sakinlərdən əsgərlərə yardım adı altında məcburi ödəniş alınır.

Məlumata görə, yaralı əsgərlərə yardım üçün fond yaradılıb və hər bir erməni yanvarın 1-dən etibarən bu fonda ayda 2,1 dollar (1000 dram) ödəyəcək.

Ermənilər bunun ədalətsiz olduğunu deyərək, sözügedən məbləği ödəməkdən imtina edirlər. Hətta ermənilərdən bəziləri Ermənistanın Qarabağda yaratdığı qondarma DQR rejimini Azərbaycana getməklə hədələyib. Lakin separatçı rejimin “polisi”nin əhalidən məcburi qaydada pul topladığı haqda məlumatlar var.

Erməni ekspertlər bunun sosial partlayışa səbəb olacağını və Azərbaycanın xeyrinə olduğunu deyirlər.

Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *