Home / Bilirsinizmi? / “Məhəmməd Əmin bəyin məzarını deyil, ideyalarını bu məmləkətə daşımaq lazım” – Fazil Mustafa
23408

“Məhəmməd Əmin bəyin məzarını deyil, ideyalarını bu məmləkətə daşımaq lazım” – Fazil Mustafa

Nə qədər çeynənmiş mövzu olsa belə yenə gündəm olduğunu hamımız qəbul edirik. Deputat həmkarınızın Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya gətirilməsinin mümkünlüyü barədə fikirlərinə münasibətinizi bilmək istərdik. Məhəmməd Əminin ruhunu şad etmək üçün Siz nəyi təklif edirsiniz? Rəsulzadənin məzarının gətirilməsinə cəmiyyətdə mövqe birmənalı deyil. Çünki əslində o məzar qürbətdə deyil ki. Əksinə, ona bu məmləkətdə haqq etdiyi kimi yanaşılsa ruhu rahatlıq tapar. Bəs Sizin qənaətiniz nədir bu barədə?
Moderator.az-ın əməkdaşı belə bir sualla millət vəkili Fazil Mustafaya müraciət edərək onun fikirlərini öyrənib:
“Məhəmməd Əmin bəyin məzarını deyil, ideyalarını bu məmləkətə daşımaq lazım. Hüseyn Cavidin məzarı rusun çöllərində it-bata düşəcəkdi deyə, o zaman haqlı olaraq ölkəmizə gətirildi. Rəsulzadəyə indi yatdığı torpaqda buradan daha çox dəyər verilirsə, yerini dəyişməyə nə lüzum var? Rəsulzadənin məzarından deyil, yazılarından öyrənmək lazım. Bundan böyük Rəsulzadənin ruhunu ovutmaq üçün addım ola bilməz.
Əgər Azərbaycan xalqı böyük əksəriyyəti ilə anlamış olsa ki, Rəsulzadə düşüncəsi nə qədər faydalıdır, bir çox çözülməz problemlərimiz özlüyündən yoluna qoyular”.
 Ato.az
Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *