Home / Acun ( Dünya ) / 1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxdım..
image-56

1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxdım..

1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxan 57 yaşlı Nazim Ələkbərov 20 Yanvar faciəsinin izlərini gələcək nəsillər üçün saxlayır.
O, 20 Yanvarın ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən azərbaycanlı, o anları belə xatırlayır:
“Həm üzərimizə gəlir, həm atəş açırdılar. Qapını açdım uşaqlar tullandı. Tankın tırtılları sanki işıq saçırdı. Tank gəlib maşının üstündən keçdi. Öldüyümü fikirləşdim amma sağ qalmışdım. Sinəm, ciyərlərim, ayaqlarım əzildi, amma həyatda qaldım. Mənim avtomobilimi əzən tank daha sonra yaxınlığımızdan keçən və içində insanların olduğu mikroavtobusu əzdi”.
Şahid əzilmiş avtomobildən öz səyi ilə çıxdığını və evə qayıdanda ailəsinə yaşadığı acını danışmağa söz tapmadığını bildirib.

image-55

Müəllif: İsmayıl

About ato.az

Check Also

rusiya-herbi1

Rusiya ordusu döyüş vəziyyətinə gətirildi – Təcili

Share this on WhatsApp Rusiya ordusu döyüş vəziyyətinə gətirilib. Ölkənin demək olar ki, hər yerində …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *