Home / Bilirsinizmi? / Türkiyədən ABŞ-a çağırış: Terrorçuları dəstəkləməyi dayandırın
Clipboard01

Türkiyədən ABŞ-a çağırış: Terrorçuları dəstəkləməyi dayandırın

Rəsmi Ankara ABŞ-ı Yaxın Şərqlə bağlı yürütdüyü siyasəti yenidən nəzərdən keçirməyə və Suriyada terrorçu qruplaşmalarla əməkdaşlığı dayandırmağa çağırıb.

Ato.az -ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç PBS telekanalına verdiyi müsahibədə deyib.

“ABŞ hökuməti Suriya ilə bağlı yanlış siyasət yürüdür. Rəqqanın İŞİD terrorçularından azad edildiyini car çəkən ABŞ bu şəhərə nəzarəti digər terrorçu strukturun sərəncamına verir. Həqiqət bundan ibarətdir”, – deyə Türkiyəli diplomat bildirib.

Onun sözlərinə görə, PKK-nın idarə etdiyi YPG və PYD-nin fəaliyyəti bilavasitə Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradır.

Səfir xatırladıb ki,  keçmiş Pentaqon rəhbəri Eşton Karter hələ 2016-cı ildə Konqres dinləmələri zamanı PKK terrorçularının YPG və PYD birləşmələri ilə birbaşa əlaqəsinin olduğu faktını etiraf etmişdi.

“ABŞ Suriyada terrorçulara dəstək göstərməyi dayandırmalıdır. Terrorla mübarizədə Vaşinqton Türkiyənin tərəfini tuta bilərdi, ancaq təəssüflər olsun ki, yanlış strategiyaya üstünlük verdi”, –deyə Kılıç bildirib. Türkiyəli səfir ölkəsinin ən güclü orduya malik ikinci NATO dövləti olduğunu diqqətə çatdırıb.

Diplomat qeyd edib ki, hazırda Suriyanın Afrin bölgəsindənTürkiyənin Hatay vilayətinin yaşayış məntəqələrinə atılan mərmilərin böyük əksəriyyəti Pentaqon tərəfindən Suriyanın şimalına göndərilənlərdir.

“ABŞ-ın İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyanın şimalına göndərdiyi silahlardan bu gün Türkiyənin dinc əhalisinə və təhlükəsizlik qüvvələrinə qarşı istifadə olunur. Bu, faktdır. Ümid edirəm ki, Vaşinqtonla Ankara arasında olan tərəfdaşlıq münasibətləri bu problemin öhdəsindən gəlməyə kömək edəcək”, – deyə səfir bildirib.

Terane.

About ato.az

Check Also

iran-suriya

İran Suriyadan çıxacağı vaxtı açıqladı – İKİ ŞƏRT

Share this on WhatsAppİran Suriyadan çıxmasının şərtlərini açıqlayıb. Ato.az  xəbər verir ki, İran Xarici İşlər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *