Home / Gündəm / Ermənistan prezidenti: Biz Türkiyəni əbədi gözləyə bilmərik
0c7bc28c-c60b-46c0-90aa-5f7fbcce0dce

Ermənistan prezidenti: Biz Türkiyəni əbədi gözləyə bilmərik

Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda davam edir.

Ato.az İnterfax-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarqsyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Burada zaman sanki dayanıb. Əminliklə deyə bilərəm ki, Ermənistan bu vəziyyətdən çıxmaq üçün əlindən gələni elədi. Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi həm bizim ölkələr, həm də region üçün yeni imkanlar yarada bilərdi”, – Sarkisyan deyib.

Onun sözlərinə görə, bununla belə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokollar yalnız kağızda qaldı:

“Türkiyə bu protokolları ratifikasiya etmədi və  sənədlərlə heç bir əlaqəsi olmayan şərtlər irəli sürdü. Bu, tarixi fürsəti qaçırmaqdan başqa bir şey deyil”.

“Azərbaycan Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz Türkiyədən cavab addımlarının atılmasını əbədi gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb”, – Ermənistan prezidenti qeyd edib.

“Əgər Türkiyə yeni şərtlər gözləyirsə və yalnız ondan sonra protokolları ratifikasiya etmək istəyirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənədlə aparılacaq. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”, – deyə Sarkisyan çıxışı zamanı bildirib.

Terane.

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *