Home / Türk Dünyası / Bakıdan “Zeytun budağı”na dəstək: türk mediası yaydı – Video
buyukfirat

Bakıdan “Zeytun budağı”na dəstək: türk mediası yaydı – Video

Bu barədə Musavat.com dünən məlumat yaymışdı. Həmin məlumata görə, iştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.

Tədbirdə bildirilib ki, Türkiyənin Afrində başladığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri tərəfindən “Qardaşlığımız əbədidir” devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradılıb.

Tədbiri “Qardaşlığımız əbədidir” kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli aparıb.

Qeyd olunub ki, Türkiyə dövləti bu əməliyyata başlayan kimi onu ilk dəstəkləyən dövlət Azərbaycan olub.

“Zeytun budağı” hərəkatı çərçivəsində yüzlərlə terrorçunun məhv edildiyi, terror qruplaşmalarının mövqelərinə sarsıdıcı zərbələrin endirildiyi vurğulanıb.

Tədbirdə general Məhəmmədhüseyn Sarıyev, Şəmistan Əlizamanlı, “Qardaşlığımız əbədidir” kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli, üzvləri Əkbər Qoşalı, Mübariz Göyüşov, Eldəniz Salmanov, Çingiz Bayramov, İlqar Orucov, Füzuli Rzaquliyev, Etimad Əsədov, bəstəkar Şahin Musaoğlu, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış ediblər.

Sonda tədbir iştirakçıları tərəfindən bəyanat qəbul edilib.Bəyanat Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təqdim olunub.

Bu əlamətdar tədbir Türkiyə televiziyalarına xəbər mövzusu olub. Ato.Az TRT Haber televiziyasının tədbirdən yayınladığı video -süjeti təqdim edir.

zeytun

Müəllif: Ato.Az

About ato.az

Check Also

turk-ordusu

Türkiyə ordusu Qətərə gedir – Şahin-20…

Share this on WhatsApp Qətərin ev sahibliyi altında “Şahin-20” hərbi təlimi Türkiyənin də iştirakı ilə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *