Home / Bilirsinizmi? / Yenə “Qarabağ”, yenə Mədətov
27971774_2110197369203358_2353906015476282164_n

Yenə “Qarabağ”, yenə Mədətov

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol vurulub.

Ato.az PFL-ə istinadən xəbər verir ki, qol XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib.

Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə qol yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub.

Bu 150 qoldan 75-i meydan sahibləri, 75-i isə qonaqların hesabındadır.

Maraqlıdır ki, mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadır. Mahir isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. Mədətov 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib

Terane.

About ato.az

Check Also

sahin-agliyir

Professordan gözlənilməz “əzadarlıq” şərhi: Dinə baxış…

Share this on WhatsApp Son günlər əzadarlıqla bağlı başlayan müzakirənin teist-ateist müstəvisinə keçməsinə beynəlxalq hüquq …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *