Home / Bilirsinizmi? / Bakıda dəhşətli yanğın 30 dan çox can aldı.
28535941_1468784006584772_555923409_n

Bakıda dəhşətli yanğın 30 dan çox can aldı.

 

Ato.Az xəbər verir ki Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.

28512260_1468783816584791_1125278852_n

Müəllif:
Sənan Turanli QılıncArslan

 

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *