Home / Türk Dünyası / Yeni bir Çanaqqaladan keçirik – Video
qenire-edebiyyat

Yeni bir Çanaqqaladan keçirik – Video

Millət vəkili Qənirə Paşayeva Ankarada İLESAM-da məruzə ilə çıxış edib.

ATO.AZ xəbər verir ki, İLESAM-da (Türkiyə Elm və Ədəbiyyatçılar Məslək Birliyi) çıxışında Qənirə Paşayeva Qarabağ, Kərkük, Ahıska, Bayırbucak problemlərini xatırladıb, çağırışlar edib.

Q.Paşayeva bildirib ki, Azərbaycan və Türkiyənin birliyi dosta da, düşmənə də bir mesajdır və problemlərin həllini birlikdədir.

“100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah babalarımız kimi biz də zəfər qazanacağıq. Bir türk xalqının, toplumunun problemi bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də qeyd edəcəyik. İnanırıq ki, o gün uzaqda deyil”, – o deyib.

Millət vəkili Q.Paşayeva tədbirdən sonra aydınlarla geniş fikir mübadiləsi də aparıb və onlara özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Müəllif: ATO.AZ

About ato.az

Check Also

39206567_308054183279014_5276094184690810880_n

“Qafqaz İslam Ordusunun Bakını azad etməsi tarixi hadisədir, qədirbilən xalqımız bunu unutmur”

Share this on WhatsApp “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *