Home / Bilirsinizmi? / General: Qarabağda münaqişə başlasa, KTMT müdaxilə etməyəcək
Clipboard01

General: Qarabağda münaqişə başlasa, KTMT müdaxilə etməyəcək

Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil və təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.

Ato.az -ın News.am-a istinadən xəbərinə görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

O qeyd edib ki, KTMT bütün müqavilələri Ermənistanla imzalayıb və müvafiq olaraq, təşkilatın Yerevan qarşısında öhdəlikləri var.

“Ermənistan vətəndaşları əmin ola bilərlər ki, lazımi vaxtda KTMT onları tək qoymayacaq”, – Sidorov qeyd edib.

Birləşmiş Qərargah rəisi xüsusi vurğulayıb ki, KTMT quruma üzv olan hansısa ölkənin iştirakçısı olduğu bu və ya digər münaqişəyə müvafiq yardım çağırışı olmadan müdaxilə etmək səlahiyyətinə malik deyil.

Terane. 

About ato.az

Check Also

mariya_zaxarova_240316

Zaxarovadan ermənilərə şok cavab: Təbrik niyə yoxdur?

Share this on WhatsApp Prezident Vladimir Putinin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *