Home / Bilirsinizmi? / Qarabağ yalnız bu yolla həll edilməlidir – Qrudinin
qrudin

Qarabağ yalnız bu yolla həll edilməlidir – Qrudinin

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur.

Bunu APA-ya açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsüz” sualına cavab olaraq P. Qrudinin Rusiyanın hazırda Qafqaz regionunda stabilləşdirici rol oynadığını bildirib: “Rusiyanın bu regionda müəyyən yükü var. Mən bu münaqişə ilə tanışam. Fikrimcə, Ermənistan və Azərbaycan arasında münaqişə ancaq danışıqlar yolu ilə həll edilməlidir. Bu məsələni danışıqlar masasına oturub, həll etmək lazımdır.

Mənim həm azərbaycanlılara, həm də ermənilərə münasibətim müsbətdir. Dostlarım arasında həm azərbaycanlılar, həm də ermənilər var. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında da heç bir problem olmur. Məncə, müharibə heç kəsə lazım deyil”.

P. Qrudinin prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu problemin həllinə danışıqlar yolu ilə kömək edəcəyini söyləyib: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı sərfəli həll yolunu tapacaq”.

Müəllif: Ato.az

About ato.az

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *