Home / Tədbirlər / “Doğu Türküstan bu gün”
29026441_1660006070733218_8706641764104011776_n

“Doğu Türküstan bu gün”

10 mart 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Doğu Türküstan bu gün” mövzusunda növbəti diskussiya keçirildi.
Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, bu gün Türk Dünyasının diqqətdə saxlamalı olduğu əsas problemlərdən biri də Doğu Türküstanda yaşayan uyğur və digər türksoylu soydaşlarımızın durumudur. Onun sözlərinə görə, hazırda Doğu Türküstanda Çin zülmünə qarşı mücadilə verən uyğurlarla bağlı Azərbaycan və Türkiyə mətbuatında ziddiyyətli informasiyalar öz əksini tapmaqdadır. Bunun da nəticəsində yalnız Türk Dünyasında deyil, dünyada uyğur soydaşlarımızın Çin zülmünə qarşı verdiyi mücadilə yetərincə öz dəstəyini tapmır. F.Ələkbərlinin fikrincə, xüsusilə ABŞ və Rusiya uyğurların Çin zülmünə qarşı verdiyi mücadiləni öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışırlar. F.Ələkbərli onu da bildirdi ki, Azərbaycan türkləri ilə Uyğur türkləri arasındakı soydaşlıq bağları qədim dövrlərə gedib çıxır ki, bu gün iki soydaş xalqın bir-birləri ilə yaxınlaşmasına ciddi ehtiyac vardır. Çünki Azərbaycan Türkləri üçün Qarabağ, Kərkük, Krım, Təbriz qədər Doğu Türküstan və burada yaşayan uyğurların mücadiləsi də eyni dərəcədə önəmlidir.
Tədbirə məruzəçi kimi dəvət olunmuş sənətşünas alim Ənvər Börüsoy mövzu üzrə geniş məruzə ilə çıxış etdi: “…Doğu Türküstanda uyğurlardan başqa 8 milyon qazax türkü, 6 milyon dolqan türkü, 2 milyon özbək türkü və b. yaşayır. Onlar ərəb, latın və Çin əlifbasından istifadə edirlər. Bu gün Doğu Türküstanın mədəniyyətini öyrənmək bütün türk dünyasına sahib olmaq deməkdir. Buna çalışmaq lazımdır. …Bu bölgə təbii sərvətlərlə zəngin olmasına baxmayaraq Çin hökuməti oraya investisiya qoymur. Çünki oranın inkişafında maraqlı deyil. Son vaxtlar Qazaxıstan dövlətinin Doğu Türküstana yönəlik siyasəti özünü göstərir”.
Daha sonra tədbir işrtirakçılarından Umuxanım Hüseynzadə, Cavanşir Beydullayev, Fəzail İsmayıl, Nazir Əhmədli və b.-ın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiya davam etdirildi.

28872893_1660003207400171_5244351052068683776_n28950988_1660007250733100_6416393824091766784_n

ATO.AZ

About ato.az

Check Also

genc-irevan

Türk gənc İrəvanda erməniləri heyrətə saldı – Video

Share this on WhatsApp  Türkiyəli gənc İrəvanda qondarma erməni soyqırımı abidəsində “Ölürüm, Türkiyəm” mahnısını oxuyub. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *