Home / Bilirsinizmi? / İran Dağlıq Qarabağdakı banklar üzərindən əməliyyatlar aparır, “Hizbullah”a pul ötürür
28829388_1477385595724613_1582566660_n-1

İran Dağlıq Qarabağdakı banklar üzərindən əməliyyatlar aparır, “Hizbullah”a pul ötürür

ABŞ rəsmiləri qeyd edir ki,
İran Dağlıq Qarabağdakı banklar üzərindən əməliyyatlar aparır, “Hizbullah”a pul ötürür – ABŞ rəsmiləri
Ermənistanın İran və böyük ölçüdə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərq regionundakı maraqlarını təhdid edir. Belə ki, Ermənistanın sayəsində Rusiya və İran ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalardan yayınmaq imkanları qazanıb.
Ato.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Bartonun “The Daily Caller” nəşrində dərc edilmiş məqaləsində bildirilir.
Eks-konqresmen yazır ki, Rusiya və İran Ermənistanın iki əsas müttəfiqləridir. İran Ermənistanla dəmir yol əlaqəsi yaratmağa çalışır, Ermənistan regionda İran qazının ən iri istifadəçisidir. 2014-cü ilin mayında İranla Ermənistan arasında gündəlik aviareyslər artırılıb.
“Situasiya daha da təhlükəlidir. Ermənistan Qərbi əmin edib ki, onun bank sektoru ciddi nəzarət altındadır və İran erməni bankları üzərindən pulların yuyulmasını həyata keçirə bilməz. Lakin ABŞ rəsmi şəxslərinin sözlərinə görə, İranın Ermənistan tərəfdən işğal edilmiş Dağlıq Qarabağdakı erməni banklarına sərbəst çıxışı var, oradan İran vəsaitləri özünün nüvə və raket proqramlarının genişləndirilməsi, habelə Yaxın Şərqdəki terrorçu təşkilatların maliyyələşdirilməsi üçün istifadə edə bilər”-Dan Barton bildirir.

28908272_1477385599057946_5059524_n

Müəllif:
Sənan Turanli QılıncArslan

About ato.az

Check Also

fazil-1

14 yaşdan olan qızlar hicab geyinməməlidir

Share this on WhatsApp Azərbaycan müstəqil olana qədər ənənəvi islam var idi. Biz artıq müstəqil …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *