Home / Tədbirlər / Qadınlara qarşı bunu edənlər məhvə məhkumdur…Foto
qenire1

Qadınlara qarşı bunu edənlər məhvə məhkumdur…Foto

Millət vəkili Qənirə Paşayeva Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində Lənkəranda qadınlarla görüş keçirib.

Ato.az xəbər verir ki, mərkəzin rəhbəri Təranə Məmmədova layihə, onun vacibliyi ilə bağlı danışıb və bu cür müzakirələrin faydalı olacağına inandığını deyib.

Q.Paşayeva bildirib ki, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın geniş yayıldığı cəmiyyətlər uğursuzluğa düçar olur:

“Gender bərabərliyi, qadınların biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Azərbaycan nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biridir”.

Q.Paşayeva tədbirdə təkliflə çıxış edərək bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarının həftədə bir dəfə şəhid, müharizə əlili və ya veteranı, məcburi köçkün ailəsinə, ailə başçısı itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış analara baş çəkməyə, onların qayğı və problemləri ilə maraqlanmağa çağırıb.

Millət vəkilinin təklifi qadınlar tərəfindən tam dəstəklənib.

Q.Paşeyeva həmçinin artan intiharların böyük narahatlıq və üzüntü yaratdığını bildirib.

ATO.AZ

About ato.az

Check Also

IMG-20180320-WA0037-300x169

AZƏRBAYCAN TURAN OCAĞI OLARAQ 20.03.2018 TARİXDƏ…..FOTO-VİDEO

Share this on WhatsAppAZƏRBAYCAN TURAN OCAĞI OLARAQ 20.03.2018 TARİXDƏ QARDAŞ TÜRKİYƏNİN “ZEYTUN DALI” ADLI ƏMƏLİYYATININ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *