Home / Bilirsinizmi? / Türkiyə ordusunun KABUSU Afrinin mərkəzində – YENİ MƏRHƏLƏ başlayır -VİDEO
cropped_content_ozel-kuvvetlere-bagli-hayalet-timler-afrine-girdi_q3kolozs2esdb80

Türkiyə ordusunun KABUSU Afrinin mərkəzində – YENİ MƏRHƏLƏ başlayır -VİDEO

“Zeytun budağı” hərəkatı çərçivəsində dinc sakinlərin Afrin şəhərini tərk etməsi üçün verilən 72 saatlıq müddət dolduğu üçün Türkiyə Silahlı Qüvvələrinin “Kabus Komandaları” kimi tanınan xüsusi qüvvələri şəhərin mərkəzinə daxil olub.

Ato.az xəbər verir ki, xüsusi təlim keçmiş birliklər dinc sakinlərin arasına girməyə imkan tapmayan çox sayda terrorçunu məhv edib.

Onların bölgədə tətbiq etdiyi taktika terrorçuları təşvişə salıb.

Təhlükəsizlik mənbələri daha öncə riskli bölgələrə girib-çıxan xüsusi qüvvələrin artıq son əməliyyatlar üçün daimi düşərgə saldığını açıqlayıb. Yeni açıqlanan strategiyaya görə, “kabus komanda”lər gözə çarpmadan təşkilat üzvlərini tapıb tək-tək öldürürlər. 56 günü geridə qalan hərəkat çərçivəsində bu günə qədər 3530 terrorçunu zərərsizləşdirən “Mehmetçik” xüsusi qüvvələrin dəstəyi ilə yeni mərhələyə qədəm qoyur.

Xüsusi təyinatlı birliklərin uğuru YPG və PKK-lıların kabelsiz əlaqə vasitələrindən də eşidilib. Onlar öz aralarında “nə olduğunu başa düşə bilmədik. Burnumuzu çıxarsaq, təpəmizin üstündə bitirlər” şəklində danışıqlar aparıblar.

Təşkilatın zülmündən qaçan afrinlilər isə şəhərin cənubundakı koridordan çıxaraq TSQ və ASO-ya sığınır.

Terane.

About ato.az

Check Also

-5300

İnsan 5300 il əvvəl nə yeyirdi? – Alimlərdən MARAQLI TƏDQİQAT

Share this on WhatsAppİtaliyanın “Eurac Research” tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *