Home / Türkün Tarixi / Keyxatu xan
260px-Geikhatu_interrogeant_Shingtûr_Nuyân

Keyxatu xan

 (monq. ᠭᠠᠶᠺᠠᠲᠦBuddist adıRiçindorj; ? – 1295) — Elxanlılar sülaləsindən beşinci elxanElxanlılar dövlətinin hökmdarı (12911295), Arqun xanın qardaşı və sələfi.

Hakimiyyəti

Hakimiyyətə gəlməmişdən əvvəl Anadolu valisi idi. Taxta iddiası Tağaçar noyon tərəfindən dəstəklənmişdi. Onun dövründə Xubilay xanın göndərdiyi Kököçin xatun Qazan xan ilə evləndirilmişdi. Onun hakimiyyəti əsasən xəzinənin xərclənməsi, xüsusilə nestorianlara güzəştlər ilə bilinir. 1292-ci ildə Sədr-əd din Zəncanini sahib-divan təyin etmişdi.

Pul islahatı

1294-cü ildə Keyxatu xan xəzinənin boşalmasının qarşısını almaq məqsədi ilə çaonu tədavülə buraxdı. Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı,

Ölümü

Keyxatu xanın hakimiyyəti sülh içində olsa da mənbələrə görə monqol əsilzadələrinin uşaqları ilə cinsi əlaqədə olmağı sevdiyi üçün əyanlar tərəfindən bəyənilmirdi. 1294-cü ildə xanın öz əmisioğlu Baydunu təhqir etməsi və edam əmrini verməsi xanın sonunu hazırladı. Baydu tabe olmaqdan boyun qaçırdı və üsyana qalxdı. Keyxatunun sərkərdəsi Tağaçar noyon Baydunun tərəfinə keçdi. Keyxatu isə Biləsuvara qaçdı və orda həbs olunaraq Təbrizə gətirildi. 24 mart 1295-ci ildə öldürüldü və yerinə Baydu xan keçdi.

Ailəsi

Həyat yoldaşları:
  • Ayşə xatun Tuqu qızı Cəlair
  • Dondi xatun Ağbuğa qızı Cəlair
  • İltutmuş xatun Qutluq Temür qızı
  • Padşah xatun Qütbəddin qızı
  • Uruk xatun Saruçi qızı
  • Buluqan xatun

Oğulları:

  • Alafranq (Dondi xatundan) – Cahan Teymur xanın atası
  • İranşah (Dondi xatundan)
  • Çinq-Polad (Buluqan xatundan)

Qızları:

  • Ula Qutluq (Ayşə xatundan) – Əmir Ğurbati ilə evlənmiş, iki övladı olmuşdur.
  • İl Qutluq
  • Ara Qutluq

ATO.AZ

About ato.az

Check Also

tamga2

Kaspi türk tayfası

Share this on WhatsApp Kaspilər Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir. Kaspilər Cənubi Qafqazın e.ə. V-IV əsrlər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *