Home / Cəmiyyət / “Azərsu” cəbhə bölgəsində içməli su problemini həll edib
29138425_1487652018031304_1658598876_n

“Azərsu” cəbhə bölgəsində içməli su problemini həll edib

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident sərəncamına uyğun olaraq cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Kərimbəyli kəndinin içməli su problemi həll edilib. Novruz bayramı ərəfəsində layihənin açılışı keçirilib.
Açılış mərasimində Füzuli Rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev son illər rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, o cümlədən Kərimbəyli kəndinin kommunal xidmətlərlə təminatı dövlət tərəfindən həmişə diqqətdə saxlanılıb. Sovet dövründə Kərimbəyli kəndində su xətləri çəkilib, ümumi istifadə üçün bulaqlar quraşdırılıb. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində kənddəki yaşayış evləri və kommunal infrastruktur dağıdılıb. 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı nəticəsində kənd işğaldan azad olunub. Ötən illərdə kəndin sosial və kommunal infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülüb. Novruz bayramı ərəfəsində kənddə yeni su təchizatı sistemlərinin açılışı sakinlər üçün əsl bayram hədiyyəsi oldu.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, cəbhəyanı ərazidə yerləşən kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılıb. Ağdam, Tərtər, Goranboy, Qazax, Füzuli, Tovuz və digər rayonların cəbhə xəttinə yaxın kəndlərində içməli su layihələri icra edilib. Vaxtilə Kərimbəyli kəndində su təchizatı sistemi yaradılsa da Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaşayış evləri və kommunal infrastruktur, o cümlədən su təchizatı sistemləri dağıdılıb. Yeni layihə çərçivəsində kəndin su təchizatı sistemi tam bərpa edilib. Bununla da “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində layihələrin icrası tam başa çatdırılıb. S.Seyidov kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatı layihələrinin 2018-ci ildə də davam etdiriləcəyini bildirib.
Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, uzun illər içməli suya olan tələbatlarını həyətyanı sahələrindəki quyular hesabına və ya daşıma yolu ilə ödəyirdilər. Yeni layihənin icrası bu problem birdəfəlik həll edib.
Layihəyə əsasən, Füzuli rayonunun Kərimbəyli kəndini içməli su ilə təmin etmək üçün 1 ədəd subartezian quyusu qazılıb, su mənbəyində nasos, transformator və elektrik xətləri quraşdırılıb. Kənddə mövcud olmuş hər birinin turumu 500 kubmetr olan 2 ədəd su anbarı əsaslı təmir edilib. Kərimbəyli kəndində müxtəlif diametrli polietilen borularla 6,5 km uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 32 ədəd bulaq quraşdırılıb. Bu layihə kəndin 2 minə yaxın sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

Aərbaycan Turan Ocağı adından Azərsu Rəhbərliyinin və bütün Azərsu kollektivinin Novruz Bayramını təbrik edir, işlərində və həyatlarında uğurlar arzu edirik.

29341162_1487651984697974_826296503_n

Müəllif: Sənan Turanli QılıncArslan

 

About ato.az

Check Also

IMG-20180320-WA0005

Azərbaycanın yeni baş naziri seçildi

Share this on WhatsAppAzərbaycanın yeni baş naziri seçildi – Təcili Azərbaycanın yeni baş nazirinin kimliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *