Home / Türk Dünyası / Türkiyənin ilk xanım pilotu Bakıda – Foto
madelet

Türkiyənin ilk xanım pilotu Bakıda – Foto

Türk dünyasının tanınmış fəal qadınlarından olan Madalet Başusta haqqında “Madelet Başusta – Buludlara dokunmak” kitabının Bakıda təqdimatı keçirilib.

Ato.az xəbər verir ki, Madalet Başusta və ailə üzvlərinin, ölkəmizin dəyərli ziyalılarının, millət vəkillərinin, QHT və KİV rəhbərlərinin, xarici ölkə səfirliklərinin rəsmilərinin də iştirak etdiyi tədbirdə öncə kitabın ön söz yazarı, millət vəkili, tədbirin təşkilatçısı olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxış edərək, kitabın ölkəmizdə təqdimatının həyata keçirilməsinə dəstək verməkdən məmuniyyət duyduğunu deyib.

Q.Paşayeva özəlliklə gənc qızları kitabı oxumağa çağırıb:

”Bu kitabı ərsəyə gətirən qadını daha yaxşı tanımanızı istəyirəm. Madelet Başusta sözün tam mənasında bir Cümhuriyyət Qadınıdır, böyük Atatürkün xəyalındakı türk kadını; bugünkü və gələcək nəsillərin örnək alacağı türk qadını… öz həyatını böyük mücadilələrlə, yuxusuz gecələr bahasına və böyük zəhmətlə, əziyyətlə qazanan bir qadın. O özünü var edən, yeniden yaradan bir qadındır. I Dünya savaşından sonra ailəsi Atatürkün yanında yer alaraq milli mücadiləyə dəstək verib və Türkiyə Cümhuriyyətinin qurulmasında böyük işlər görüblər. Madelet xanım isə türk gənclərinə örnək olacaq biriydi və oldu da… 50 il öncə “qadından pilot olmaz” deyildiyində, o, 13 yaşında pilot olmağı bacara bilən və göylərə adını yazan bir qadındır. O, yaşadığı dövrdə qızlar üçün xəyal belə edilməyəcək bir yolu seçərək paraşütlə atlamada dünya ikincisi olan bir qadındır. O, qadın pilotların da hərbi təyyarələr sürməsinə icazə verilməsi üçün rəsmi şəxslərə müraciət edən və icazə istəyən igid bir qadındır. O, ziyarət üçün getdiyi Almanyada qısa bir sürə sonra inşaat sektorunda Almanyanın ən böyük inşaat şirkətlərindən birini quran qadındır. O, Almanyada Bremen Türk Alman qadınlar Birliyini quran, türk kültürünün Almanyada yayılmasına çalışan, oraya işçi olaraq gedən savadsız türklərə sahib çıxan, bir qadındır. O, etdiyi böyük işlərə görə Almaniya prezidenti tərəfindən çox az sayda insana verilən “Ləyaqət” medalına sahibdir”.

Tədbirin təşkilatçılarından biri olan Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da Madelet Başustanın türk qadınlar ilə bağlı çalışmalarından danışıb və ona rəhbərlik etdiyi təşkilat adından mükafat təqdim edib.

ATXƏM sədri İlham İsmayıl da çıxış edərək Azərbaycan-Türkiyə münasibətləri və təqdimatı keçirilən kitabla bağlı fikirlərini bildirib və türk dünyası qadınlarını bütün dünyada yüksək səviyyədə təmsil etdiyi üçün Madelet Başustaya mükafat, plaket təqdim edib.

Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da çıxış edərək Madelet Başustanın fəaliyyəti ilə bağlı danışıblar və rəhbərlik etdikləri təşkilatlar tərəfindən ona mükafat təqdim ediblər. Bir çox dəyərli ziyalılar, Almaniyanın Azərbaycandakı səfirliyinin rəsmiləri çıxış edərək təbriklərini söyləyiblər.

Madelet Başustanın həyat yoldaşı, uzun illər ərzində kitabı yüksək səviyyədə hazırlayan TRT-nin fəal əməkdaşlarından olmuş, dəyərli ziyalı Hüseyn Başusta çıxış edərək Azərbaycanda kitabın yüksək səviyyədə təqdim olunmasında əməyi keçənlərə təşəkkürünü bildirib və kitabın ilk təqdimatının məhz Azərbaycanda keçirilməsinin onlar üçün böyük anlam daşıdığını deyib.

Tədbirin sonunda bütün iştirakçılara “Madelet Başusta-Buludlara toxunma” kitabı müəllifin imzası ilə hədiyyyə edilib. Tədbir tanınmış sənətçi Oya Ergünün konsert proqramı ilə davam edib.

ATO.AZ

About ato.az

Check Also

turk-ordusu

Türkiyə ordusu Qətərə gedir – Şahin-20…

Share this on WhatsApp Qətərin ev sahibliyi altında “Şahin-20” hərbi təlimi Türkiyənin də iştirakı ilə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *