Home / Bilirsinizmi? / Türk dilləri — dünyada böyük sayda əhalinin danışdığı qohum dillər qrupu.
received_1490737161056123

Türk dilləri — dünyada böyük sayda əhalinin danışdığı qohum dillər qrupu.

 

Türk dilləri ailəsi 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tuva, Çuvaş, Yakutiya, Dağlıq Altay və Xakas yerli əhalisinin, eləcə də İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri. Keçmiş SSRİ-də türkdilli xalqlar slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noqaylar), Kabarda-Balkar, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noqaylar, Truxmenlər), Moldoviyada (Qaqauzlar), Litvada (Kəraimlər, Tatarlar), Krım (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Alimlərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlər də var.

Hazırda bu dil ailəsi 280 milyon insanın doğma dilidir.

received_1490737184389454

received_1490737181056121

received_1490737171056122

Senan Turanlı Qılıncarslan.

About ato.az

Check Also

cebhe

Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan GİRMƏK İSTƏDİ, AMMA… – RƏSMİ – FOTO

Share this on WhatsAppİyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *