Home / Kültürümüz / Kitabi-Dədə Qorqud
received_1976096812644522

Kitabi-Dədə Qorqud

Kitabi Dədə Qorqud” (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı – Oğuz türk dastanı.Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər).

Ənənəyə görə, “Kitabi Dədə Qorqud”da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbərzamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.

Kitabın tarixi

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Kitabın fransızca nəşri

Elmə XIX əsr dən məlum olan “Kitabi-Dədə Qorqud”un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi  üzərində sonradan “Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan” (“Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı”) yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi  isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda “Dədə Qorqud”un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.

 ATO tarix Odası

About ato.az

Check Also

kurqan

Bayraq dirəyi üçün qazdılar, qədim kurqan tapıldı – Video

Share this on WhatsApp Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. İnsan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *